Mələkxanım Əyyubova "Facebook"u geridə qoyan oğlundan danışdı
Bizi izləyin

Tabloid.az

Mələkxanım Əyyubova "Facebook"u geridə qoyan oğlundan danışdı

Xalq artisti, tanınmış sənətkar Mələkxanım Əyyubova Publika.az-ın əməkdaşıyla söhbətində oğlu Cəfərlə fəxr etdiyini deyir.

Qeyd edək ki, azərbaycanlı kompüter üzrə mütəxəssis Cəfər Nəcəfov tərəfindən hazırlanmış “Hara gedək?“ adlı proqram “App Store”da dünyanın məşhur “Facebook”, “Whatsapp”, habelə “Instagram” kimi proqramlarını geridə qoyub (http://publika.az/p/56977):

- Cəfər uşaqlıqdan istedadlı olub. Bu, öz yerində, amma gendən gələn bir şey də var. Cəfərin uşaqlıqdan hər zaman kompüterə marağı vardı. Elə oldu ki, Xalq Təsərrüfatı İnstitutunu bitirdi. Tələbə olduğu müddətdə Amerika və İngiltərədə bu sahədə biliklərini artırırdı. Atası da, mən də bilirdik ki, Cəfəri kompüter texnologiyası çox maraqlandırır. Onun bu meylini bildiyimiz üçün Cəfərə şərait yaradırdıq. Onu bir növ istiqamətləndirirdik. Şükür Allaha, zəhməti yerdə qalmadı.

- Cəfər digər övladlarınızdan hansı xasiyyətinə görə fərqlənir?

- Cəfər uşaqlıqda çox çılğın, dinamik, hər sahə ilə maraqlanan bir uşaq idi. O, yalnız kompüter texnologiyası ilə maraqlanmır, incəsənətə, musiqiyə böyük maraq göstərir. Xüsusən rəssamlıq qabiliyyəti var. Ümumiyyətlə, digər uşaqlarım da rəssamlığa böyük maraq göstərir. Bu da onlara atalarından keçmə xüsusiyyətdir. İncəsənət muzeyinin qarşısındakı dizaynın çoxu Cəfərə məxsusdur. İtalyan dizaynerləri ilə birgə işləyiblər. Cəfər hər şeydən öncə çox zəhmətkeş uşaqdır.

- Cəfər yaxın zamanlarda həm də çox varlı birinə çevriləcək. Bu, sizi sevindirirmi?

- Əslində, mən bütün gənclərə deyirəm ki, zəhmət çəkin. Zəhmət çəksəniz, pul özü gəlib sizi tapacaq. Amma əvvəlcə pul dalınca qaçsanız, istədiyinizə nail ola bilməyəcəksiniz. Cəfər də çox zəhmət çəkir və yəqin ki, bir gün bu əməyin bəhrəsini görəcək.

- Cəfəri Mələkxanım Əyyubovanın oğlu kimi tanıyırıq. Vaxt gələcək, sizi Cəfərin anası kimi tanıyacaqlar. Bu, sizdə qısqanclıq hissi yaratmır ki?

- (gülür) Bəli, nə vaxtsa deyəcəklər bu, Cəfərin anası Mələkxanım Əyyubovadır. Hər bir valideyn istəyər ki, övladlarına görə tanınsın. Cəfərə görə tanınmağımla fəxr edərəm. Hər bir ana övladı ilə fəxarət duymaq istəyər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm