Selfinin 90 yaşı var imiş - FOTOFAKT
Bizi izləyin

Tabloid.az

Selfinin 90 yaşı var imiş - FOTOFAKT

“TIME” jurnalının "ilin telefon aksesuarı” adlandırdığı selfi çubuğundan ilk dəfə 90 il əvvəl istifadə edildiyi ortaya çıxıb.

Publika.az-ın “hurriyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, kəşfin əsl sahibi ingilis Arnold Hoggdur.

Ortaya çıxan şəkillərdən birində Arnold və Helen Hoggun İngiltərənin Rugbi vilayətindəki evinin bağçasında selfi çəkdirdiyi görünür. Beləliklə, “ilin kəşfi” sayılan selfi çubuğundan ilk dəfə 1926-ci ildə istifadə edildiyi məlum olub.

Cütlük çəkdirdiyi şəklin altına “self taken” sözləri yazıb. Şəkil cütlüyün nəvəsi Alan Kleaver tərəfindən ailə albomundan tapılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm