Tabloid.az
Leyla və Arzu Əliyeva Londonda Azərbaycan rəssamlarının sərgisində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və
Arzu Əliyeva Londonda Azərbaycan rəssamlarının sərgisində iştirak
edib.
“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda
keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı
çərçivəsində məşhur incəsənət qalereyası “Louise Blouin
Foundation”da ölkəmizin müasir incəsənətinin istedadı nümayəndələri
Aidə Mahmudovanın və Faiq Əhmədin “Daxili tədqiqat” (Exploring
Inward) adlı birgə sərgisi açılıb.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki,
sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin
həyata keçirdiyi bir sıra layihələrdən bəhs edib. O, ikinci
Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində
keçiriləcək növbəti tədbirlər haqqında məlumat verib.
Sərginin kuratoru müasir incəsənət mütəxəsisi, qalereyaçı Fərəh
Piriyeva Aidə Mahmudova və Faiq Əhmədin sənət və yaradıcılıqları
barədə məlumat verib. O, Azərbaycanın gənc istedadlarının
əsərlərinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdırılıb.
Qeyd edilib ki, hər iki rəssamda incəsənəti daxildən kəşf etmək
əzmi var. Onlarda axtarış marağı açıq şəkildə özünü biruzə verir və
daha ötədə nə olduğunu öyrənmək üçün daim səyahətdədirlər.
Sonra sərgiyə baxış olub.
Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi kök ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm Azərbaycan incəsənəti təqdim olunur. Aidə Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə rəsm edilmiş monumental mənzərə əsəri, Faiq Əhmədin isə ənənəvi Azərbaycan xalçalarından ilhamlanaraq hazırlanan incəsənət qurğuları nümayiş etdirilir.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO