Polad Bülbüloğlunun yubileyinə kimlər gəlir?
Bizi izləyin

Tabloid.az

Polad Bülbüloğlunun yubileyinə kimlər gəlir?

Fevralın 4-də görkəmli ictimai və musiqi xadimi, müğənni, bəstəkar, xalq artisti, “İstiqlal” ordenli professor Polad Bülbüloğlunun 70 yaşı tamam olur.

Publika.az-ın məlumatına görə, sabah Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Tədbirdə SSRİ xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq artistləri Lev Leşenko, Larisa Dolina, Zaur Tutov, Nikolay Baskov, Lüdmila Rümina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın xalq artisti Tamara Qverdsiteli, Özbəkistanın xalq artisti Fərrux Zakirov, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, Alsu, Dmitri Malikov, görkəmli mədəniyyət və ictimai xadimlər Mixail Şvıdkoy, Yuli Qusman, Mixail Qusman, Zurab Sereteli, Tahir Salahov, Andrey Dementyev, Düsen Kaseinov, Anatoli İksanov, Yekaterina Rojdestvenskaya və digər mədəniyyət, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlər, dram tamaşaları üçün musiqi, mahnı və romanslar yazıb.

Polad Bülbüloğlu öz bənzərsiz ifası ilə milli estrada musiqi xəzinəmizi zənginləşdirib. Onun böyük məharətlə ifa etdiyi mahnılar Azərbaycan milli radiosu və televiziyasının qızıl fondunda qorunub saxlanılır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm