• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Lukaşenko Polad Bülbüloğlunu təbrik edib

Lukaşenko Polad Bülbüloğlunu təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunu anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib.

AzərTAc-ın xəbərinə görə, təbrikdə deyilir:

“Sizin Azərbaycan musiqisinin və sovet mahnılarının ən yaxşı cizgilərini özündə birləşdirən bəstəkarlıq və ifaçılıq fəaliyyətiniz milyonlarla insan tərəfindən qəbul edilərək sevilir”. Belarus Prezidenti həmçinin qeyd edib ki, Polad Bülbüloğlunu nüfuzlu siyasətçi kimi tanıyır və yüksək qiymətləndirir. Diplomatın məhsuldar işi xalqlarımızın yaxınlaşmasında, beynəlxalq mədəni dialoqun, qardaşlıq və qarşılıqlı yardım ideyalarının inkişafına kömək göstərir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR