Tabloid.az
Brilliant Dadaşova: “Bağda yaşamağımın səbəbi odur” - FOTOLAR
Xalq artisti Brilliant Dadaşova İctimai Televiziyada
qonağı olduğu “Qonaq olun” verilişində maraqlı açıqlamalar verib.
Publika.az-ın məlumatına görə, yaradıcılığı barədə danışan sənətçi
xalq artisti Faiq Sücəddinovla silsilə mahnılar üzərində işlədiyini
söyləyib:
“Faiq Sücəddinovla gözəl mahnılar hazırlayırıq. Nadir adlı bir gənc var, onun da mahnısını oxuyacağam”.
Xalq artisti bildirib ki, bu il iki diski işıq üzü görəcək:
“Disklərimin biri burada, biri Türkiyədə çıxacaq. İstəyirəm ki,
mənim musiqimi gözləyənləri sevindirim. Bu diski 2-3 ildir
gözləyirik. Artıq işin son mərhələsindəyik. Əslində, disk bir
müddət öncə də çıxa bilərdi. Türkiyədə aranjimanı edib bizə
göndərdilər, qoymadım çıxsın. Çünki orada Fikrət Əmirov, Rauf
Hacıyev, Ələkbər Tağıyevin musiqiləri var və onları dəyişmək
olmaz”.
B.Dadaşova uzun müddətdir bağ evində yaşaması barədə də danışıb. Deyib ki, şəhərdəki səs-küyə görə bağ evinə üstünlük verir:
“Mən uzun müddətdir bağda qalıram. Biz şəhərdəki evimizi alanda Bakıda maşınlar az idi. İndi insanların rifahı düzəlib, hətta bəzi evlərdə 3 maşın var. Evimiz də “Sahil” metrostansiyasının yanındadır, hər tərəfdən maşınlar keçir. Belə bir xüsusiyyətim var ki, ilin bütün fəsillərində evin pəncərəsi açıq olmalıdır. Hətta bayırda qar yağsa belə. Nə yayda, nə qışda kondisioner işlətmirik. Hərdən yoldaşım deyir ki, öldük soyuqdan. Bizi atam belə öyrədib. Uşaqları kiçik yaşlarından belə öyrətmək lazımdır. Oğlum da öz tayımdır. Pəncərə bağlı olan kimi deyir ki, yata bilmirəm”.
Brilliant Dadaşova oğlu Cahadın şəxsi həyatı barədə isə bunları
deyib:
“Ötən yay Ramiz Mirişli və biz bir yerdə oturmuşduq. Həmin məkanda
bir qız var idi. Qız mənim də xoşuma gəlmişdi, Cahadın da. Birdən
Ramiz müəllim oğluma dedi ki, Cahad, qıza göz vur. O qədər gülmüşük
ki... Cahadın xoşuna gələn qızlar var, amma hər şey qismətdir.
Sözsüz ki, oğlumun seçiminə qarışacağam. Çünki biz həm də dostuq.
Məndən olsa, onu dörd yaşında evləndirərdim”.
İntiqam VALEHOĞLU
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi