• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Keçmiş deputatın oğlu məhkəmə zalına gətirildi - İDDİA

Keçmiş deputatın oğlu məhkəmə zalına gətirildi - İDDİA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesində tanınmış reper Anar Nağılbaz da iştirak edib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Anar Nağılbaz Publika.az-a danışaraq, məhkəmədə iştirakdan imtina etdiyni bildirib: “Rəsul Cəfərovla cəmi bir layihədə iştirak etdim və xidmətim müqabilində əmək haqqı aldım. Özümü zərərçəkmiş hesab etmirəm və buna görə də ərizə yazıb zərər çəkmədiyimi bildirdim. Hakim məni məhkəmə zalından buraxdı. Daha mənlik bir iş yoxdur”.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR