Serbiyanı Vyanada Boyana Stamenov təmsil edəcək
Bizi izləyin

Tabloid.az

Serbiyanı Vyanada Boyana Stamenov təmsil edəcək

Serbiyanın Milli Televiziya kanalı RTS tərəfindən keçirilən musiqi müsabiqəsinin qalibi məlum olub.

Publika.az-ın məlumatına görə, Münsiflər heyəti və tamaşaçı səsverməsinə əsasən bu vəzifə Boyana Stamenova həvalə olunub. Beləliklə, Boyana Vyanada keçiriləcək növbəti “Eurovision 2015” müsabiqəsində Serbiyanı təmsil edəcək.

Boyana Serbiyanı müsabiqədə “Ceo Svet Je Moj” ("Bütün dünya mənimdir") mahnısı ilə təmsil edəcək. O, müsabiqənin mayın 19-da keçiriləcək birinci yarımfinalında çıxış edəcək.

Qeyd edək ki, Vyanada oxunacaq mahnının bəstəkarı Vladimir Graicdir.
O, 2007-ci ildə Helsinkidə keçirilən “Eurovision” mahnı müsabiqəsində ifa olunan və Serbiyaya ilk dəfə qələbə qazandıran “Molitva” mahnısını bəstələyib. “Molitva” mahnısını Mariya Şerifoviç ifa edib və "Eurovision 2007 " mahnı müsabiqəsinin qalibi olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm