Özcan Dəniz “Sevimli, təhlükəli” ilə Bakıda - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Özcan Dəniz “Sevimli, təhlükəli” ilə Bakıda - FOTOLAR

Tanınmış türk sənətçisi Özcan Dəniz Bakıya gəlib.

Publika.az-ın məlumatına görə, Nizami kino Mərkəzində Türkiyənin məşhur sənətçisinin çəkdiyi “Sevimli, təhlükəli” filminin qala-gecəsi baş tutub.

Qala-gecəsində filmin ssenari müəllifi və rejissoru Özcan Dəniz, baş qəhrəmanları canlandıran aktyorlar Şükrü Özyıldız, Ayça Ayşin Turan və yaradıcı qrupunun digər üzvləri iştirak ediblər.

Filmin iri posterinin önündə jurnalistləri salamlayan türk sənətçisi çəkdiyi filmdən danışıb. Özcan Dəniz bu filmində də sevgi, romantizm və dram elementlərini önə çəkdiyini deyib. O həiçinin bildirib ki, bu film azərbaycanlı tamaşaçıların da marağına səbəb olacaq: Film duyğu deməkdir. Çalışıram ki, bütün filmlərimdə tamaçılarımla bu duyğu vasitəsi ilə ünsiyyətə girim. Bu mənada sizə təqdim edəcəyim bu film də duyğulu və tisirli ekran işidir. Filmimdə Türkiyənin son zamanlar çox məşhur olan aktyor və aktrisalar rol alıb. Baş qəhrəmanı Qaragül serialında mənim qızımı canlandıran aktrisa Ayça Ayşin Turan çəkilib. Onun tərf-müqabili isə hazırda Şərəf məsələsi serialında rol alan Şükrü Özyıldızdır. Onlarla işləmək mənim üçün çox xoş idi. İnanıram ki, filmdəki səmimiyyəti siz də hiss edəcəksiniz”.

Sonra film təqdim olundu. Qeyd edək ki, film maraqlı süjet xəttinə malikdir. Belə ki, Özcan Dənizin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Ədirnədə bir qızı beşikdəykən qaçırır. Ailənin bu üzdən çəkdiyi kədər sonsuzdur. Aradan uzun illər keçdikdən sonra vicdan əzabından az da olsa qurtulmaq üçün Zarok qızı yenidən əsl ailəsinə qaytarmaq qərarına gəlir. Bir sözlə, bu yolda onun eşq dolu macəraları tamaşaçıların gözü önündə canlanır.

Film “Avşar film” və “DNZ film”in ortaq işidir.

Cəvahir

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm