Aqil M. Quliyevdən təzə xəbər – FOTO
Bizi izləyin

Tabloid.az

Aqil M. Quliyevdən təzə xəbər – FOTO

Dörd illik fasilədən sonra məşhur rejissor Aqil M. Quliyev klip fəaliyyətinə start verir. İllər öncə kliplərə “Stop” deyən rejissor uzun sürən fasilədən sonra ilk olaraq Günay İbrahimli ilə işbirliyi edəcək. Belə ki, Günay yeni təqdim etdiyi “Huzur” mahnısına klip çəkdirmək qərarına gəlib.

İfaçının prodüseri Toma Hüseynəliyeva Publika.az-a bunları bildirib:

“Günay ciddi olaraq sənəti ilə məşğul olur, ard-arda, dayanmadan dörd klip çəkdirəcəyik. Bunu deyə bilərəm ki, sözləri və musiqisi Tural Bayraməliyevə məxsus olan “Huzur” mahnısına çəkiləcək klipdə tam fərqli süjet xətti olacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm