İvana Sərt filmin təqdimatına gəlmədi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

İvana Sərt filmin təqdimatına gəlmədi - FOTOLAR

Bu gün günorta saatlarında Türkiyənin tanınmış aktyoru və “Ben bilmem, eşim bilir” verilişinin aparıcısı İlker Ayrık Bakıya gəlib.

Publika.az xəbər verir ki, məşhur aparıcının Bakıya gəliş səbəbi “Yapışık kardeşler” filminin təqdimatı ilə bağlıdır. Sabah Bakı şəhərindəki kinoteatrların birində keçiriləcək təqdimat mərasimində filmin çəkiliş qrupu iştirak edəcək. Odur ki, İlkər Ayrık, filmdə rol alan digər aktyorlar, həmçinin, çəkiliş qrupu artıq Bakıdadır.

Hava limanından enər-enməz Publika.az-a açıqlama verən İlker Ayrık bunun Bakıya ilk səfəri olduğunu bildirib. O, “Səfərimiz yaxşı keçdi. İlk dəfədir ki, Bakıya gəlirəm. Ümid edirəm ki, filmin təqdimatına gələn izləyicilər filmdən razı qalacaqlar. Çox həyəcanlıyam. İnşallah bəyənərlər”- deyə bildirib.

Xatırladaq ki, filmdə Türkiyənin tanınmış ulduzu İvana Sərt də əsas rollardan birini ifa edib. Odur ki, bu gün onun da İlkər Ayrıkla gələcəyi xəbər verilmişdi. Lakin hava limanında məlum oldu ki, modelyer gəlməyəcək. Təəccübə səbəb olan bu imtinanı təşkilatçılar modelin şəxsi işlərinin çıxması ilə izah ediblər.

İlker Aydın və çəkiliş qrupu filmin təqdimat mərasimində də iştirak edəcək. Həm də Türkiyədə aparıcısı olduğu “Ben bilmem eşim bilir” yarışmasına azərbaycanlı iştirakçılar da seçəcəyini söyləyib. Yarışmanın qaliblərinə isə avtomobil hədiyyə olunacaq.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm