Ulvira Qarayeva kişilərdən danışdı
Bizi izləyin

Tabloid.az

Ulvira Qarayeva kişilərdən danışdı

Sosial şəbəkələrin ən aktiv istifadəçilərindən biri ANS telekanalının aparıcısı Ulvira Qarayevadır. Əksər məşhur simalar kimi, xanım aparıcı da ona yazılan təhqiredici şərhlərdən bezdiyini dilə gətirib. Publika.az xəbər verir ki, xanım aparıcı belələrini "yarımçıq insan" adlandırıb:

"Biri “İnstaqramda” şəklimin altına yazıb ki, “nə gündəsən”. Profilinə girib gördüm ki, mobil nömrəsi qeyd olunub. Qeyd olunan nömrəyə zəng etdim. "Mənimlə nə şəxsi qərəzliyiniz var? Bəlkə sizə bir pisliyim keçib? Məni bəyənmirsinizsə, niyə izləyirsiniz?", deyə soruşdum. Gördüm, dili topuq vurur. Üzr istəyib daha belə şeylər yazmayacağını söylədi. Təhqiramiz sözləri üz-üzə deyə bilmirlər. Sosial şəbəkədə isə ağıllarına gələni yaza bilirlər. Belə insanlara hörmət etmirəm. Tanımadığın insanı necə təhqir etmək olar? Görünür ki, çoxlu kompleksləri, çatışmazlıqları var. Belə şərh yazan xanım isə yəqin ki, işi-gücü olmayan, evdə bozbaş bişirənlərdir. Baxırlar efirə və fikirləşirlər ki, bu verilişi mən aparardım, baxımlı mən olardım. Heç vaxt ola bilməyəcəklərini anlayanda isə hirs və paxıllığından dəliyə dönürlər. Belə vəziyyətdə də nə yazdıqlarını dərk etməmələri təbiidir. Kişiləri isə heç başa düşə bilmirəm. Qadın paxıllığını anlayıram. Kişi paxıllığını isə anlamıram... Məncə, özünü tapa bilməyən, yarımçıq insanlardır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm