Xalq artisti: “Oğlumun ili çıxmamış bunu edə bilmərəm”
Bizi izləyin

Tabloid.az

Xalq artisti: “Oğlumun ili çıxmamış bunu edə bilmərəm”

Xalq artisti Nuriyyə Əhmədovanın səhhətindəki problemlər aradan qalxsa da, aktrisa hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir.

Bu barədə Publika.az-a danışan xalq artisti özünü yaxşı hiss etdiyini bildirib: “Kəfəni yırtdım, amma hələ də təzyiq mənə göz açmağa imkan vermir. Çoxdan idi ki, evdən bayıra çıxmırdım, elə yataq şəraitində müalicə olunurdum. Axırda bezdim, həkimlərin icazəsi ilə çölə-bayıra çıxıram. Xəstəxanaya özüm gedib-gəlirəm. Amma müalicəm də davam edir”.

Yaxın zamanlarda yaradıcılıqla məşğul olmayacağını deyən aktrisa bunun üçün zamana ehtiyacı olduğunu söyləyib: “Şükür Allaha, özümə gəlmişəm, amma yaxın vaxtlarda kinoya çəkilmək fikrim yoxdur. Hələ stressdən çıxmamışam, oğlumun ilini gözləyirəm. Cavan oğlumun ili çıxmamış kinoya çəkilə bilmərəm. Həm də səhhətim buna imkan vermir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm