46 yaşlı Mahsun Kırmızıgül gənc sevgilisi ilə birlikdə - FOTOLAR
Bizi izləyin

Tabloid.az

46 yaşlı Mahsun Kırmızıgül gənc sevgilisi ilə birlikdə - FOTOLAR

Mahsun Kırmızıgül yeni sevgilisi ilə birlikdə görüntülənib. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahsun şəxsi həyatındakı sükutu pozmağa qərar verib. Belə ki, o, yeni sevgilisi ilə hava limanında səfərdən qayıdanda paparassilərin fotokameralarına tuş gəliblər. Bu şəkillər mediada yayılıb.

Musiqi karyerası ilə vidalaşan, Türkiyədə kino sahəsində bir çox uğurlu film və layihələrə imza atan rejissor və prodüser bir ildən çoxdur ki, Özgə adlı vəkillə sevgilidir. Onlar sevgilərini gözlərdən uzaq yaşamağa və gizli saxlamağa çalışırlar. Lakin bu günlərdə cütlüyün münasibəti mətbuata məlum olub.

Deyilənlərə görə, martın 5-də Neapoldan qayıdan cütlük gələn həftə Uzaq Şərq tətilinə çıxacaq.

Görkəmli rejissor Kırmızıgülün 28 yaşlı yeni sevgilisinin nüfuzlu bankların birində hüquqşünas vəzifəsində çalışdığı və kürd olduğu iddia edilir.

Xatırladaq ki, üç milyon 700 min nəfərin izlədiyi son "Möcüzə” filmi tənqidçilər tərəfindən də bəyənilmişdi.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm