75 yaşlı Alpaçino 35 yaşlı gözəllə evlənir – FOTOLAR
Bizi izləyin

Tabloid.az

75 yaşlı Alpaçino 35 yaşlı gözəllə evlənir – FOTOLAR

Aktyorun gələcək həyat yoldaşı özündən 35 yaş kiçikdir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xanımların sevimlisi Al Paçino evlənməyə hazırlaşır. Qeyd edək ki, Al Paçino ilk dəfə kilsədə özünə toy edəcək. Məşhur aktyorun seçimi isə 35 yaşlı argentinalı aktrisa Lyuçila Soladır.

Al Paçino sevgi romanlarının sayına görə həmkarı Corc Kluni ilə rəqabət apara bilər. Belə ki, onun eşq əhvalatlarının heç biri evliliklə nəticələnməyib. Aktyor indiki sevgilisini o qədər gözəl hesab edir ki, onunla aralarında 40 il yaş fərqi olmasına baxmayaraq, kilsəyə getməyə hazırdır. Al Paçino şəxsi həyatı ilə bağlı məsələlərdə gizliliyə üstünlük verdiyindən qarşıdakı mərasimin təfərrüatları dəqiq məlum deyil. Lakin onun sözlərinə görə, toy mərasimi yaxın vaxtlarda da baş tuta bilər.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm