Tabloid.az
Məşhur müğənni kosmosda konsert verəcək
Britaniyalı müğənni Sara Braytman kosmosda konsert verəcək.
Publika.az xəbər verir ki, müğənni artıq səfər proqramının
haqqını da ödəyib. Bir qədər əvvəl məşhur müğənninin bu ilin payız
aylarında Beynəlxalq Kosmik Stansiyaya yollanmaq üçün “Roskosmos”a
35 milyon funt-sterlinq ödədiyi məlum olub.
Hazırda Moskva ətrafında Ulduz şəhərciyində hazırlıq keçən Sara Braytman orbitdə 10 gün qalacaq və beləliklə də bəşəriyyət tarixində səkkizinci kosmik turist olacaq.
Təlimlərin ağır keçdiyini etiraf edən müğənni kosmosda ikən
Yerdəki orkestrin müşayiəti ilə mahnı oxuyacağını qeyd edib. İndi
ifa edəcəyi kompozisiya haqda düşündüyünü deyən Sara Braytmanın
sözlərinə görə, həmin musiqi gözəl, səlist və eyni zamanda asan
olmalıdır.
Qeyd edək ki, bu kosmosda ifa olunacaq ilk canlı ifa deyil. Bir
qədər əvvəl kanadalı astronavt Kris Hedfild orbitdə Devid Bouinin
“Space Oddity” kompozisiyasını ifa etmişdi. Buna baxmayaraq,
kosmosda mahnı oxuyacaq peşəkar müğənnilər arasında Braytman
birinci olacaq.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR