Tanınmış bəstəkar ürəyindən əməliyyat olundu - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Tanınmış bəstəkar ürəyindən əməliyyat olundu - ÖZƏL

Çoxdan görünməyən tanınmış bəstəkar Ruhəngiz Qasımovadan xəbər var. Xanım bəstəkar səhhətində yaranan problemlərə görə bir müddət efirlərə çıxmayıb.

Publika.az-a bu barədə danışan R.Qasımova ürəyindən əməliyyat olunub: “Ağır ürək əməliyyatı keçirdim. Əməliyyat Bakıda bir türk həkimi tərəfindən oldu. Artıq yaşa dolduqca səhhətimlə bağlı problemlər də artır. Həyat yoldaşım da 7 dəfə iflic olub. Buna görə də heç yerə çıxmıram”.

Hazırda bəstəkar özünü necə hiss edir?

Xanım bəstəkar zarafatından da qalmayıb: “Hələ ki, halva sifariş verməmişəm, amma dünyanın işini bilmək olmaz. Qurdla qiyamətə qalan deyilik ki?”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm