"Nömrə 1" bəlli oldu - FOTOLAR
Bizi izləyin

Tabloid.az

"Nömrə 1" bəlli oldu - FOTOLAR

ATV-nin efirində yayımlanan “Kimdir nömrə bir” layihəsi başa çatıb. Publika.az xəbər verir ki, gənc müğənni Orxan Babazadə birinciliyi qazanıb.

Orxan Babazadə yarışmanın sonuncu günü həmkarı Rəvan Qarayevlə duelə çıxaraq ona qalib gəlib. Qeyd edək ki, layihə boyu Orxan Babazadə Çingiz Mustafayev, Aysel Əlizadə,Yaşar Yusub, Yaşar Cəlilovla duelə çıxaraq onlara səsçoxluğu ilə qalib gəlib. Sonuncu duel günü yüksək səs faizi ilə Rəvan Qarayevi geridə qoyub.

Təssüratlarını Publika.az-la bölüşən O.Babazadə uğuruna sevindiiyni bildirib: “ATV-nin bu möhtəşəm layihəsində qalib oldğuma görə çox sevinirəm. Hər kəs bilir ki, layihədə artıq sözünü demiş müğənnilər iştirak edirdi. Onların hər biri özlüyündə güclü rəqiblər sayılırdı. Amma finalda mən qalib oldum. Mən uşaqlığımdan indiyə qədər birinci olmağı sevirəm və həmişə də məqsədimə çatmaq üçün mübarizə aparıram. Bu dəfə də belə oldu. Yarışmaboyu mənə qarşı aparılan intriqalara baxmayaraq, çəkdiyim zəhmət hədər getmədi. Özümə söz vermişdim ki, qalib olacağam və finalda bunu sübut etdim. Mən bu yarışmanı seçdiyim fərqli repertuar, ifa tərzi və səsimlə qazandım”.

O.Babazadə yarışmada qazandığı “Çanqan” markalı avtomobili ona sənətin sirlərini öyrədən müəllimi Çingiz İbişova bağışlayıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm