Tabloid.az
Saçınızın sağlam olması üçün belə qullluq edin
Asanlıqla əldə edə biləcəyiniz və daim əlinizin altında olan bu qida növləri ilə saçınızın tökülməsinin qarşısını ala bilərsiniz. Kosmetik vasitələrlə bunun qarşısını almaq əvəzinə təbii üsullara əl atmaq daha yaxşıdır. Təbii üsulla immunitetinizi yüksəldərək və saçların dibini bərkidərək bu problemi həll edə bilərsiniz. Gəlin, bu qidalarla tanış olaq.
Kök
Kök təkcə gözlər üçün deyil, saçlar üçün də çox faydalıdır. Tərkibindəki A vitamin saçlarını parlaq və sağlam edər.
İspanaq
İspanağın tərkibində B9 vitamini var. B9 vitamini saçları parlaq və sağlam edər. Yetərincə ispanaq qəbul etdikdən sonra saçlarınızdakı dəyişiklikləri öz gözlərinizlə görəcəksiniz.
Ləpə
Saçların sağlamlığı üçün omeqa-3 yağına ehtiyacı var. Bu maddəni isə fındıq, qoz, fıstıq, badamdan əldə edə bilərsiniz. Bu qidaların tərkibindəki omeqa-3 saçlarınızı gümrahlaşdırar, sink isə onların tökülməsinin qarşısını alacaqdır.
Soya
E vitamini ilə zəngin qida növüdür. Soyanın tərkibində hemoqlobin yaradılmasında önəmli yeri olan dəmir kifayət qədər çoxdur. Hemoqlobin bildiyimiz kimi qanda olur və oksigenin paylanmasında onun çox böyük rolu var. İnsanda hemoqlobin yetərli qədər olmadığı zaman qandakı oksigenin də miqdarı azalır və qan dövranında müəyyən problemlər yaranır. Qan dövranında da belə problemlərin yaranması saçların tökülməsi ilə nəticələnir.
Tam taxıllı qidalar
Tərkibində B7 vitamini olduğu üçün bu tip qidalar da saçları gücləndirir və tökülməsinin qarşısını alır.
Zeytun yağı
Zeytun yağı E vitamin qaynağıdır. Bu vitamin saçları qoruyan və qalınlaşdıran bir antioksidandır. Zeytun yağı hüceyrələrin sağlamlığı üçün də çox lazımlı bir qidadır. Dərini nəmləndirər və yumşaq edər. Zeytun yağı saç diblərini nəmləndirər və onların qırılmasının da qarşısını alar.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu