Hamilə olmağın 4 faydası
Bizi izləyin

Tabloid.az

Hamilə olmağın 4 faydası

Tabloid.az hamiləliyin 4 faydasını açıqlayır

Ana olmaq hər bir qadının arzusu olsa da, hamiləlik ürək bulanma, ağrı, ayaqların şişməsi kimi bir çox problemlərə yol açır. Ancaq hamiləliyin gözəl və faydalı tərəfləri də var.

Tabloid.az hamiləliyin 4 faydasını açıqlayır:

1.Daha çox orqazm

Hamiləlikdə özünüzə seks qadağası qoymayın. Çünki hamilə qadınlar seksdən daha çox zövq alır. Buna hamiləliyin 3-6-cı aylarında qadının cinsi orqanında qan dövranının artması səbəb olur. Bu da qadının daha rahat və daha çox orqazm olmasına şərait yaradır. Ekspertlər bəzi qadınların orqazmı ilk dəfə hamiləlik dövründə yaşadıqlarını bildirirlər.

2.Aybaşı sancılarına son

Doğuşdan sonra yenidən aybaşı olmaya başlayırsınız. Amma hamiləlikdən sonra aybaşı dövrü əvvəlki kimi sancılı olmayacaq. Ekspertlər qadınların bir dəfə uşaq dünyaya gətirdikdən sonra aybaşı ağrılarının azaldığını müşahidə ediblər. Amma bunun niyə belə olduğu bilinmir.

3.Xərçəng riski azalır

Araşdırmalar göstərir ki, hamiləlik döş və yumurtalıq xərçəngi olmaq riskini azaldır. Həmçinin, üç aydan daha çox körpəyə süd verməyin döş xərçəngi riskini 30 faiz azaltdığı təsdiq olunub.

4.Daha sağlam bir həyat

Hamilə olmaq qadınları zərərli vərdişlərdən imtina etməyə məcbur edir. Bir çox qadın pis vərdişlərindən uzaqlaşır. Məsələn, içki və siqareti tərgidir, idmanla məşğul olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm