• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kişilər hansı qadınlardan daha tez soyuyur?

Kişilər hansı qadınlardan daha tez soyuyur?

Həyatdan bezən qadın - Biz problemləri olan insanlarla yoldaşlıq etmək istəmirik, tez uzaqlaşırıq, qaldı ki, belə bir insanla sevgili olmaq istəyən kişi tapılsın... Neqativ düşüncələriniz onun da enerjisini alır. Dolayısı ilə, sizdən qaçmaq istəyəcək. Kişilər həyatını çətinləşdirən deyil, əksinə həyatını yüngülləşdirən qadınları sevirlər. Onlar texnologiyanı da məhz bu xüsusiyyətinə görə bəyənirlər.

Yalan danışan - Buraya kredit borcunuz, hətta çəkiniz də daxildir. Özləri yalan danışmaqda peşəkar olmadığı üçün yalan onların ən zəif nöqtəsidir. Buna görə də qadınların dürüstlüyünə möhtacdırlar. Kişilər qadınların dediyi hər sözə inanmaq istəyir.

Yerindən durmayan - “Tənbələ dedilər qapını ört. Dedi, külək örtər...” Yerindən durmayan, tənbəl qızlar subaylıqdan yaxa qurtara bilməz. Kişilər bütün günü divanda uzanıb televizora baxmağı xoşlasa da, tənbəl qadınları heç sevmirlər. Kişilər özü qərar verən və problemləri təkbaşına həll edən qadınları çox bəyənirlər.

Kişi zarafatları - O, sizin əsgərlik yoldaşınız deyil, sevgilinizdir! Onunla oğlan dostunuz kimi danışmayın. Çünki kişilər sevgilisini hər zaman kraliçalar kimi xanım-xatın görmək istəyir. Ağzınızdan çıxan ən kiçik kobud söz bütün cazibənizi söndürüb sehri öldürə bilər. Qadın dediyin zərif, lətafətli və məlahətli olmalıdır...

Sədaqətsiz qadın - Buna heç bir insan göz yuma bilməz. Kişilər oğlanlarla həddindən artıq səmimi olan və oğlan dostları ilə görüşən qadınlardan ehtiyatlanırlar.

Dağınıq və baxımsız qadın - Bu təzə xəbər deyil. Bunu bilməyən yoxdur. Hər gün makiyaj etməyə həvəsiniz olmasa belə, saçlarınız səliqəli və baxımlı, geyiminiz isə tərtəmiz olmalıdır. Çünki geyim sizin evlənməli bir xanım olduğunuz işarəsini verir. Evinizdə hər şey qaydasında və yerində olmalıdır.

Səbirsiz qadın - Həyatınızda baş verən hər şeyə qarşı səbirli olmağınızı gözləyirlər. Buraya evlilik də daxildir.

Tez hirslənən qadın - Kişilər hər şey tərs gedəndə belə qadının üzündə təbəssüm görmək istəyir. Kişilər öz güvəni yüksək olan qadınlara etibar edə bilir. Problemlərinizi və sıxıntılarınızı onunla paylaşmağa haqqınız var, lakin hər gün həyatdan bezdiyini demək, deyingənlik və bu kimi davranışlar sevdiyiniz kişinin sizdən uzaqlaşmasına gətirib çıxarar. Hirslənmək və tez özündən çıxmaq yerinə, sual verin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR