Tabloid.az
Üz quruluşuna uyğun sırğalar - FOTOLAR
Aksessuar seçərkən üz quruluşunu və dəri rəngini də nəzərə almaq lazımdır. Çünki zinət əşyaları üz ifadəsini tarazlayır və onun daha gözəl görünməsini tənzimləyir.
Şəkildə yes - yaraşdığını, no - isə sizə uyğun olmadığını bildirir.
Oval üzünüz varsa, çox şanslısınız. Çünki sizə hər cür sırğa və boyunbağı yaraşır. Ürək şəklində olan sırğalar, çiçək fiqurları, yumru modellər sizin üçün ideal seçimdir. Çox uzun olmayan boyunbağılar bu cür üz quruluşuna malik olan qadınlara daha çox yaraşır.
Yumru üz quruluşunuz varsa, dairə formasında sırğalar taxmayın. İçində toplar olan sırğalar, ya da iç-içə keçən dairələr sizə yaraşmayan modellərə daxildir. Bu üz quruluşuna ən çox damla, ya da markiz kəsimlər yaraşır. İncə və uzun kəsimlər üz quruluşuna yumşaq ifadə verir. Xüsusən də boyundan sinə hissəsinə doğru tək sallanan kolyelər yumru üz quruluşuna çox yaraşır.
Kvadrat formasında olan üz quruluşu kişi üz tipinə daya çox uyğun gəlir. Bu üz tipini yumşaltmaq üçün çiçəkli, iç-içə keçən dairə və sallanan sırğalar taxmalısınız.
Ürək formasında olan üz qruluşunda çənə uzun olduğu üçün bunu yumşaltmaq tələb olunur. Damla sırğa modelləri sizin üçün əla seçimdir. Qalın və boyuna kip oturan, sallanmayan boyunbağılara üstünlük verməlisniz.
Dəri rənginə uyğun olan ləl-cəvahirat
Açıq dərili xanımlar mütləq ağ qızıla üstünlük verməlidir. Ağ qızılın üzərinə düzülən mirvari və brilliantlar açıq dərili xanımları çox cazibədar göstərir. Rəngli daş-qaşdan ibarət olan zinət əşyalarını taxmaq istəyirsinizsə, yaqut, ametist və çəhrayı kvarsa üstünlük verməlisiniz.
Qaraşın xanımlar - İtalyan qızılı adlanan qızıl növünə üstünlük versəniz, yaxşı olar. Çəhrayı, sarı və qara mirvari qaraşın xanımlara çox yaraşır. Zümrüd, sitrin və sapfir qaraşın xanımların gözəlliyini daha da işıqlandırır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu