Saqqız deyib keçməyin!
Bizi izləyin

Tabloid.az

Saqqız deyib keçməyin!

Saqqızın inanılmaz faydaları

Bir çox insan şəkərsiz saqqız çeynəməyin diş çürüməsinin qarşısını aldığını bilir. Ancaq yeni araşdırmalar göstərir ki, saqqızın faydası bununla bitmir.

Belə ki, saqqızdan hətta arıqlamaq üçün də istifadə etmək mümkündür. Bundan başqa, saqqız diqqəti toplamağa və stressi azaltmağa kömək edir.

Saqqız həm ucuzdur, həm də kalorisi azdır. Şəkərli saqqızın bir ədədində 5 -10 kalori olur. Ümumiyyətlə, şəkərsiz saqqızlardan istifadə daha məqsədə uyğundur.

Saqqız çeynəyərkən fındıq, qoz, günəbaxan tumu kimi insanı daha tez kökəldən qidalar yaddan çıxır.

Saqqız həm də iştahanı azaldır. “Appetite” jurnalında 2007-ci ildə yayımlanmış araşdırmaya görə, günorta saatlarında saqqız çeynəyən insan nahar zamanı daha az yemək yeyir.

Saqqız çeynəyən insan saatda 11 kalori xərcləyir.

Qeyd edək ki, bir çox idmançı yarışlardan öncə stress azaltmaq üçün mütləq saqqız çeynəyir.

Ekspertlər məktəblərdə uşaqlara saqqız çeynəməyə icazə verilməsini məsləhət bilirlər. Onlar bildirirlər ki, bu şagirdlərin həm yaddaşına, həm də bilgiləri daha tez qavramasına müsbət təsir edə bilər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm