Yayın ən şıq şalvarları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yayın ən şıq şalvarları - FOTOLAR

Mövsümün ən önəmli trendlərindən biri də enli və şifon parçalardan tikilən şalvarlardır. Dar şalvarlar və cinslər artıq neçə illərdir ki, qadın qarderobunu işğal edib. Lakin enli və boş şalvarlar onları dəbdən sıxışdırıb çıxarmaqda olduqca iddialı görünür

Mövsümün ən önəmli trendlərindən biri də enli və şifon parçalardan tikilən şalvarlardır. Dar şalvarlar və cinslər artıq neçə illərdir ki, qadın qarderobunu işğal edib. Lakin enli və boş şalvarlar onları dəbdən sıxışdırıb çıxarmaqda olduqca iddialı görünür. Belə ki, yay aylarında şifon parçalardan tikilən enli, boş şalvarlar dəbdədir. Bəs bu zərif modeli nə ilə uyğunlaşdırmaq lazımdır?

70-ci illərin dəbindən ilham alın – Enli şalvarlar 70-ci illərdə olduqca dəbdə idi. Bu modelləri retro stilindən ilham alaraq geyinə bilərsiniz. Volanlı papaqlar, tanketka ayaqqabılar eleqant şalvarlara çox yaraşır.

Qısa üst geyimlərlə - Bu mövsüm pencək boyları getdikcə qısalır. Mini pencək və jaketləri enli şalvarlarla birləşdirin. Qısa, dəri gödəkçələr də onlarla çox yaraşır.

Kişi tərzinə uyğunlaşdırın - Zərif şalvarları bleyzerlə tamamlaya bilərsiniz. İş xanımları, yaxud ciddi iş görüşlərində bu tərzə müraciət edin.

Qısa köynəklərlə - Yüksək belli olduğu üçün qısa köynəklərlə çox yaraşır. Mövsümün iki trendini birlikdə istifadə edə bilərsiniz.

Qalın dabanlı ayaqqabılarla birləşdirin - Ayaqqabı seçimində zərif yox, daha çox kobud modellərə üstünlük verin. Enli şalvarlar xüsusən də qalın dabanlı ayaqqabılarla mükəmməl görünür. Balacaboy xanımlar üçün ideal seçimdir. Lakin hündürboy xanımlar da belə şalvarları altı düz ayaqqabılarla geyinə bilərlər.

İncə köynəklər - Bu şalvar modellərini gipürdən hazırlanan köynəklərlə birləşdirmək şansınız var. Zərif bir köynək, “V” yaxalıqlı bluz, ya da incə asqılı köynək ola bilər.

Tabloid.az yayın dəbinə uyğun ən şıq enli şalvarlara aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm