Ən gözəl ombre saç modelləri - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ən gözəl ombre saç modelləri - FOTOLAR

Bu mövsüm ombre saçların dəbdə olduğu heç kimə sirr deyil. Qadınlar ombre modelini elə bəyəniblər ki, deyəsən, o hələ bir neçə il gündəmdə qalacaq. Saçları daha baxımlı və qalın göstərən ombre tanınmış xanımların da sevdiyi saç boya stilidir. Tabloid.az o

Bu mövsüm ombre saçların dəbdə olduğu heç kimə sirr deyil. Qadınlar ombre modelini elə bəyəniblər ki, deyəsən, o hələ bir neçə il gündəmdə qalacaq. Saçları daha baxımlı və qalın göstərən ombre tanınmış xanımların da sevdiyi saç boya stilidir. Tabloid.az ombre saçları ilə diqqət çəkən məşhur xanımları araşdırıb. Ombre dəbindən siz də ilham alın...

Nikki Rid - Nikki Rid kakao tonlarında saçına açıq qəhvəyi rənglərlə kölgə verib.

Cenifer Lopez - Cenofer Lopezin ombre saçı üzünə xüsusi ifadə verir. Ulduz saçına adətən yumşaq tonlarla kölgə verir. Qat-qat saç modeli ilə əla uyğunlaşır.

Keyt Bekinseyl - Ulduzun saçı əla görünür. Saçına sarı kölgələrlə bəzək vurub.

Lea Mişelle - Lea qumral və qızıl kölgələrə üstünlük verib.

Khole Kardaşian - Sarı tonlarında ombre saç artıq Kardaşyanın vizit kartına çevrilib. O, adətən dalğalı modellərə üstünlük verir.

Olivie Vilde - Ombre trendini daha fərqli tətbiq etmək istəyənlər iki fərqli rəngi sınaqdan keçirə bilərlər.

Lauren Conrad - Saç rənginiz sarıdırsa, Lauren Conraddan bəhrələnib saç uclarını açıq sarıya boyaya bilərsiniz.

Vanessa Hudgens - Ombreni ancaq bir rəng etmək şərt deyil. Saçınıza həm sarı, həm də qızılı kölgələr ata bilərsiniz.


Jessica Biel - Yumşaq ombre keçidləri saçda göz qamaşdıran işıq effekti verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm