Fatimə əsgərlərin qarşısında
Bizi izləyin

Tabloid.az

Fatimə əsgərlərin qarşısında

Rəqqasə Fatimə Fətəliyeva və rəqqas Etibar Məmmədov Qurtuluş günündə Daxili Qoşunların “N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış ediblər. Tabloid .az-a açıqlama verən rəqqasə bildirib ki, o, artıq illərdir ki, Daxili Qoşunların rəqs ansambl

Rəqqasə Fatimə Fətəliyeva və rəqqas Etibar Məmmədov Qurtuluş günündə Daxili Qoşunların “N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış ediblər. Tabloid .az-a açıqlama verən rəqqasə bildirib ki, o, artıq illərdir ki, Daxili Qoşunların rəqs ansamblının solistidir:

“Həmişə bölgələrdə təşkil olunan konsertlərdə sevə-sevə iştirak edirəm. Bu son deyil. Bölgələri qarış-qarış gəzib, əsgərlərə konsert verəcəyik. Sonda onu da əlavə etmək istəyirəm ki, hər zaman bir rəqqasə və adi bir vətəndaş kimi vətənim Azərbaycan üçün əlimdən gələni etməyə hazıram”.

Xatırladaq ki, konsertdə əməkdar artist Səlim Abbasov, müğənni Aslan Hüseynov və digər tanınmış müğənnilərin çıxışı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm