Tabloid.az
Nərgiz Paşayeva həyat yoldaşı ilə - FOTOLAR
Bakının tam mərkəzində öz sehrli energetikası ilə insanı valeh edən bir məkan var. Tarixi İçərişəhərdə yerləşən Mayak 13 art-kafesi müvafiq konsepsiyası olan qastronomik müəssisədir.
Mayak 13 muzey müəssisəsinə daxil olarkən, dərhal onun qeyri-adiliyini anlayırsınız. Art-kafedə hər şey eksklüzivdir, çünki peşəkar rəssam Altay Sadıqzadə tərəfindən yeganə bədii açarda hazırlanıb. Məkanın əsas mövzusu mayakların poetikası, dəniz ruhunun azadlığı və əhval-ruhiyyədir.
Buro 24/7 layihənin müəllifləri Nərgiz Paşayeva və Altay Sadıqzadənin "Nargis" jurnalına verdiyi müsahibəni təqdim edir.
A.S.: Mayak mövzusu həmişə Naranın sevimli
mövzusu olub. Kafenin ideyası da elə buradan yaranıb.
N.P.: Mənim üçün mayak xüsusi yerdir, heyranlıqla,
demək olar, ehtirasla yanaşdığım bir məbəddir. Müsahibələrimin
birində mən çəkinmədən etiraf etdim ki, məmnuniyyətlə mayakın
nəzarətçisi ilə əməkdaşlıq edərdim. Belə iş mənim üçün yüksək
vəzifədir. Mayakların möhtəşəmliyi ondadır ki, onlar bütün
funksionallığı və rasionallığı ilə bərabər, həm də poetikdirlər.
Onlar - insan əllərinin yaratdığı ən gözəl tikililərdirlər.
Simvolika və forma üzrə gözəl olan bu tikililər yol göstərir, nişan
verir, ümid yaradırlar. Mayaklar quru və suyun birləşdiyi, üç
təbiət ünsürünün (su, yer və səma) qovuşduğu yerdə yerləşirlər.
Kafeni də biz mayakların, təbiət sirlərinin və insan talelərinin
qoruyucularının şərəfinə hazırlamışıq.
- Art-kafe adi kafedən nə ilə fərqlənir?
A.S.: Art-kafe incəsənətlə doludur. Yəni bu yer
təkcə bədəni deyil, ruhu da qidalandırır. Məsələn, muzeylərə
insanlar nadir hallarda gedirlər. Ancaq bu kafeyə gəlməklə,
incəsənətdən zövq almaq və eyni zamanda dadlı təamlar yemək
mümkündür.
- Bu konsepsiyanın reallaşdırılması nə dərəcədə çətin
olub?
N.P.: İdeyanın müəllifi mənəm, ancaq obrazın bədii
ifası və yaradılması peşəkar rəssam Altaya aiddir. Mövzunu əsas
götürərək həyata keçirmək olar, ancaq bununla obrazı yaratmamaq da
olar. Rəssamın istedadı ondadır ki, min illər ərzində insanlara
tanış olan mövzunu özünəməxsus şəkildə təqdim edə bilsin. Onun
mayakı tamamilə fərqli, təkrarolunmaz mayakdır. Çəkdiyi və etdiyi
isə həqiqətin bədii əksinin nəticəsi olan incəsənət əsərinə
çevrilir.
- Buranın mətbəxinin xüsusiyyətləri barədə
danışardınız.
N.P.: Mətbəx kifayət qədər sadədir - kafe
demokratik olmalıdır. Bizim hədəfimiz bədii məkanın yaradılmasından
ibarət idi. Ancaq xidmət və qastronomiyada öz tələblərimizi də
müəyyən etmişik: ilk növbədə, statuslarından asılı olmayaraq, bütün
müştərilərə eyni münasibət göstərmək. Digər tələb - yeməklərin
adları mümkün qədər az, lakin bununla belə hazırlanması üçün
istifadə olunan məhsullar sağlam və yeri istehsal olmalıdır. Bundan
əlavə, mən duzun qadağan olunması ideyasını irəli sürmüşəm. Onun
əvəzinə limon şirəsi, müxtəlif ədviyyələr istifadə olunur. Hər şey
maksimum təbii, sağlam, keyfiyyətlidir və mürəkkəb hazırlığa
ehtiyac yoxdur.
A.S.: Mətbəxdə duzdan istifadə olunmasa da, masanın üzərində həmişə var. İstəyən şəxs öz zövqünə uyğun olaraq, istifadə edə bilər.
- Deməli, buranın mətbəxinin əsas xüsusiyyəti - duzun yoxluğudur?
N.P.: Art-kafedə əsas olan - hətta incəsənətə qarşı soyuqqanlı adamın belə buradakı şəraitə laqeyd qala bilməməsindədir. Onun daxilində özündən asılı olmadan, möcuzəvi notlar səslənəcək və o zaman yəqin ki, fiziki aclıqdan əlavə, mənəvi aclıq kanalı da işə düşəcək.
- Məkanın adında 13 rəqəminin nə mənaya gəldiyi barədə
danışın.
N.P.: 13 qədim, çox maraqlı və gözəl mövzudur.
Mən, qızım və kürəkənim ayın 13-ü anadan olmuşuq. Hətta nəvəm belə
ayın 13-ü dünyaya gəlib... Bu kafe isə Altayın ad günümə
hədiyyəsidir. Məkan məhz 13 dekabr 2013-cü ildə yaradılıb.
- Köhnə rəsmlərdən olan qravyuraların üzərində köhnə Bakı təsvir olunub. Bu, çox gözəl görünür.
N.P.: Mən "Bakı gözəlləşib" kimi cümlələr eşitməyi xoşlamıram. Belə şeyləri keçmişdə aul və ya köçəri insanların şəhəri olan, komsomol tikinti dəstələrinin tikdiyi yerlər barədə demək olar, Bakı barədə yox. Paytaxtımızın köhnə fotoları bunu təsdiqləyir.
- Şəhərimiz və onun sakinlərinə nə
arzulayardınız?
N.P..: İstəyərdim ki, şəhərimizin mədəniyyət,
urbanizasiya qatları, köhnə ruhu, dar və asimmetrik küçələri,
ikimərtəbəli gözəl ənənəvi daş binaları, köhnə qapıları, fənərləri
dağıdılmasın... Şəhərin çoxəsrlik simasını, sadə ştrixlərini və
orijinal qatlarını dağıtmaq olmaz. Çünki müxtəlif dövrlərin fərqli
stilləri daşda daha uzun müddət və etibarlı şəkildə qorunur. Məhz
şəhər artefaktları bizə özümüzü tarixi və formalaşmış zəngin
mədəniyyəti olan xalq hesab etmək haqqı verir.
- Bakının gələcək obrazını necə görürsünüz?
N.P.: Bilirsiniz, Londonun ən prestijli və
bahalı küçələrindən biri olan Uolton-strit sadə, köhnə ikimərtəbəli
daş evlərdən ibarətdir. Bizim kiçik köhnə Bakı evlərimiz onlardan
daha gözəl və maraqlıdır. Ancaq ingilislər özününküləri qoruyur və
Londonun simasını yeniləmək məqsədilə heç nəyi dağıtmırlar. Bu
özünə, öz vətəninə hörmətdir. Bakı bir zamanlar olduğu kimi tünd və
çirkli deyil. Şəhər üçün yaxşı şeylər edən insanların əməyini də
danmaq olmaz.
Məncə, dünyada iki növ şəhər var: Şanxay, Honkonq, Sinqapur kimi
yırtıcı-şəhərlər və Afina, Roma, Paris, Barselona kimi romantik
şəhərlər. İmkan vermək olmaz ki, bizim həmişə romantik olan
şəhərimiz yırtıcı şəhərə və ya daha pis olan -
yarıyırtıcı-yarıromantik şəhərə çevrilsin. Gələcək nəsillər bunu
bizə bağışlamazlar. Qoy mayaklar həmişə işıq saçsın və bizə doğru
yolu göstərsin!
www.buro247.az
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi