Saç formanız haqqınızda nə deyir?
Bizi izləyin

Tabloid.az

Saç formanız haqqınızda nə deyir?

Saç formanız haqqınızda nə deyir?

İnsanın üz cizgiləri, göz rəngi, o cümlədən, saç forması da ətrafa onun haqqında kifayət qədər mesaj ötürə bilir. Tabloid.az “Ladymail.ru” saytına istinadən insanın saç formasına görə, onun əhvalının necə olması haqqında yazını təqdim edir:

Saç analizinə əsasən, proqnozlar:

Dağınıq saçlar. Dağınıq saç modeli özünə güvənin yüksək, müstəqilliyinə və azadlığına düşkün qadın olduğunu bildirir.

Qısa saçlar. Qısa saçı adətən kişi sayağı qadınlar istifadə edirlər. Onlar hər cür yeniliyə hazırdırlar. Uzun saça qulluq etməyə tənbəllik etdikləri üçün qısa saç kəsimlərinə müraciət edirlər.

Arxadan yığılan saçlar. Bu cür saç düzümünə üstünlük verən qadınlar praktik həyat tərzini sevir. Saçını bu cür toplayan qadınlar həm də çox səliqəli olurlar.

Toppuz modeli. Zadəganlığını göstərmək, kübarlığını hiss etdirmək və olduğu məkanda diqqət mərkəzində olmaq istəyən qadınlar bu saç düzümündən istifadə edirlər. Arxa hissədə toplanan saç modelinə adətən ofis daxilində işləyən qadınlar üstünlük verir. Çünki ən rahat saç modelidir.

Düz saçlar. Saçına tez-tez fenlə sığal çəkən qadınlar monoton həyatı sevmir. Dəyişiklikləri xoşlayırlar.

Baxımsız saçlar. Baxımsız saçlar qadının depresiyyada olduğuna dair işarədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm