• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bəd nəzərdən qoruyan simvollar

Bəd nəzərdən qoruyan simvollar

Həm şəxsi həyatınızın, həm işlərinizin qaydasında getməsini, üstəlik də cibinizin pul-para ilə dolub daşmasını istəyirsinizsə, evinizdə və ya iş yerinizdə uğur gətirən simvollara yer verin. Bu kimi inanclar adətən şərq ölkələrinə məxsus olur. Tabloid.az Türkiyə mətbuatına istinadən evə bərəkət gətirən simvolları təqdim edir:

Hz. Fatmanın Əli (Hamse).Əsasən müsəlman ölkələrində işlədilir. Deyilənlərə görə, insanları pis nəzərdən qoruyur. Hz. Məhəmmədin qızı Fatma həyat yoldaşı Hz.Əlini başqa bir qadınla görər. Sonra mətbəxə gəlib odda bişirdiyi halvanı çaşqınlıqdan əli ilə qarışdırmağa başlayar. Hz.Əli bunu görən kimi Fatmanın əlini halvadan çıxarar. Fatmanın əli o vaxtdan sədaqət və səbir rəmzi olur. Eyni zamanda, nəzərdən qoruduğuna və uğur gətirdiyinə də inanılır. Fatmanın əli ərəblərdə “Hamsə əli”, Hindularda “Humsa əli”, Musəvilərdə isə “Hameş əli” adlandırılır.

Göz muncuğu. Göz muncuğu da yenə müsəlman ölkələrində nəzərdən qorunmaq məqsədi ilə istifadə edilir. Deyilənlərə görə, göz muncuğu nəzərdən, pisliklərdən, bəladan qoruyur və uğur gətirir. Göz muncuqları adətən göz şəklində düzəldilir. Çünki göz duyğuların ilk çıxış nöqtəsidir. Həyata açılan pəncərədir. Baxışlardan qorunmaq üçün gözün ortasına pisliyi özünə çəkdiyi düşünülən mavi daş yerləşdirilib.

Jin Chan. Bərəkət qurbağası Feng Shui fəlsəfəsinin əsas simvollarından olan Jin Chan olduğu yerə pul və bərəkət gətirir. Bir Çin əfsanəsinə görə, Jin Chan-ın həyat yoldaşı 8 ölümsüzdən biridir. Əfsanəyə görə, həyat yoldaşının ölümsüzlüyünü qısqanan Jin Chan ölümsüzlüyü ondan oğurlamağa çalışır. Həyat yoldaşı Jin Chanı cəzalandırmaq üçün onu qara qurbağaya çevirir. Başqa bir əfsanəyə görə isə qurbağa insanları yeyən canavar olduğu üçün 8 ölümsüz tərəfindən cəzalandırılır. Qurbağa ehtiyacı olan insanların evinə pul və bərəkət gətirərək öz günahlarını yumağa çalışır. Bərəkət qurbağasını qapıya yaxın, lakin evin içinə baxan formada yerləşdirə bilərsiniz.

Maneki-Neko. Şərq fəlsəfəsinin ən güclü təmsilçiləri olan yaponların inancalarına görə, Maneki-Neko olduğu yerə həm uğur gətirir, həm də bütün bədliklərdən qoruyur. Yapon əfsanələrinin birində deyilir ki, 17-ci əsrin ortalarından Tokio yaxınlarında Gotoku-Ji məbədi olduqca pis vəziyyətdə olur. Məbəddə qalan son keşiş pişiyi ilə çətin günlər yaşayır. Bir gün samuraylar məbədin yanındakı ağacın kölgəsində dincəlmək istəyirlər. Pişik əli ilə onları çağırır, samuraylar məbədə daxil olurlar. Bundan sonra böyük fırtına qopur. Bir az əvvəl samurayların oturmaq istədiyi ağacı şimşək vurur. Beləcə pişik onların həyatını xilas edir. Samuraylar fırtına yatdıqdan sonra sığınacağı tərk edirlər. Həyatlarını xilas edən keşiş və pişiyə isə bərəkətli torpaqlar bağışlayırlar. Maneki-Neko ağ olsa, xoşbəxtliyi, sarı olsa, pulu, qara olsa, sağlamlığı bildirir. Pişik sol əlini qaldırsa, ofisinizə bərəkət gələcək, sağ əlini qaldırsa, evə mehribançılıq və əmin-amanlıq bəxş edəcək, deməkdir.

5 Element Pagoda. Metal, su, taxta, od, və torpağın simvolu Pagoda, Feng Shui fəlsəfəsinin əsas daşlarından biridir. 5 Element Pagoda evinizi dava-dalaşlardan qoruyacaq və enerjinizin azalmasına mane olacaq. Cənubdan gələn enerji ilə yolunuza daha sağlam addımlarla davam edəcəksiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR