Dodaq boyanızı özünüz hazırlayın
Bizi izləyin

Tabloid.az

Dodaq boyanızı özünüz hazırlayın

Evdə dodaq boyası hazırlamağın ən asan üsulu

Qadınların gözəlliklərini ən yaxşı vurğulayan kosmetik vasitələrdən biri də dodaq boyalarıdır. Elə qadın yoxdur ki, çantasında dodaq boyası gəzdirməsin. Qadınlar makiyaj etməsələr belə mütləq dodaq boyası çəkirlər. Bəs dodaq boyasını özümüz hazırlaya bilərikmi?

Əlbəttə bu mümkündür. Tabloid.az evdə dodaq boyası hazırlamağın ən asan üsulunu təqdim edir:

Hazırlanması:

Əvvəlcə bir çay qaşığı parafin, vazelin və bal mumunu əridin.

Bu qarışığın içinə bir çay qaşığı buğda yağı, bir çay qaşığı çiyələk şirəsi və bir az qida boyası əlavə edin.

Yaxşıca qarışdırın. Daha sonra dondurun.

Dodaq boyanız hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm