• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məşhurlar qüsurlarını açıb-tökdülər - FOTOLAR

Məşhurlar qüsurlarını açıb-tökdülər - FOTOLAR

Bir çoxlarımıza elə gəlir ki, tanınmış insanlar öz gözəlliklərindən əmindir. Lakin bu heç də belə deyil. Məşhurlar da bizim kimi insandırlar və onların da qüsurları var.

Tanıdığımız və hətta pərəstiş etdiyimiz insanların öz qüsurları haqda söylədikləri fikirlər maraqlıdır.

Sandra Ballok: “Özümə gözəl deyə bilmərəm. Gülüşüm isə kaftar səsinə və ya insan xorultusuna bənzəyir. Hollivuda gələndə mənə burnumun formasını dəyişmək və saçlarımı rəngləmək tövsiyə olundu”.

Skarlet Yohansson seks-simvol adına layiq görülsə də, öz görkəmindən razı deyil: “Çalışıram görkəmimlə kimisə narahat etməyim. Amma görünür, hər şey əhvali-ruhiyyədən asılıdır: bəzən istəyirəm gözlərimin forması fərqli, burnum daha balaca, boyum hündür, bədənim isə qamətli olsun. Seks-simvol olsam da, ayaqlarım əyridir”.

Tilda Suinton zarafatla çirkin olduğu üçün məşhurlaşdığını deyib: “Hündür və makiyajsız olduğum üçün liftdə, küçədə, hava limanında mənə səhvən “cənab” deyərək müraciət edirlər. Onların heç təsəvvürünə belə gəlmir ki, “cənab” dedikləri varlıq qadın ola bilər”.

“Gözəlçə” Culiya Roberts güzgüdə kök və gözünün altı şişmiş qadın gördüyünü etiraf edib.

Bəs, Viktoriya Bekhemin şəkil çəkdirərkən nəyə görə heç bir zaman gülümsəmədiyini bilirsinizmi? Sən demə, o, ictimaiyyət qarşısında gülümsəməkdən utanır (bu zaman Viktoriya çox çirkin görünir). O həmçinin gülərkən üzündəki qırışları da büruzə verməkdən çəkinir.

Şakiranın kliplərinə baxanda seks-simvolun öz bədənini sevdiyini düşünə bilərsiniz. Lakin müğənni özü etiraf edir: “Öz bədənimdən çox utanıram. Yalnız qarnımı çöldə qoya bilərəm”.

Keti Perri uşaqkən sinəsinin balaca qalacağından qorxurdu. Buna görə də o, Allaha yalvarıb da: “Allaha yalvardım: gün o gün olsun, sinəm o qədər iri olsun ki, çarpayıda uzanarkən sinəmin iriliyindən ayaqlarım görünməsin”. Görünür, onun duası həyata keçib.

Kameron Diaza da sinəsi rahatlıq vermir: “Mən hər gün sinəmə toxunuram ki, bəlkə, az da olsa böyüyüb. Amma əbəs yerə – əvvəlki kimi balacadır”.

Aktrisa Kira Naytlinin bədən formasına bir çox qızlar həsəd apara bilər, lakin o öz arıqlığından utanır: “Jurnallar yazır ki, indiki dövrdə qarnını göstərmək dəb deyil. Maraqlıdır, o zaman mən nəyimi göstərim? Sinəm ki heç yoxdur”.

Model Keyt Apton isə sinəsinin iriliyindən narahatdır: “Hər zaman balaca sinə arzulamışam. Qısa köynəklər geyinmək və büstqaltersiz gəzmək istəyirəm”.

Selena Qomez öz bədən formasını bəyənsə də, qulaqları onu çox narahat edir: “Bilmirəm, fikir vermisiniz, ya yox, amma mən hər zaman qulaqlarımı saçlarımın arxasında gizlətməyə çalışıram”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR