Tabloid.az
Tağı İbrahimovun dizayner qızı - FOTOLAR
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin eks -prezidenti Tağı İbrahimovun qızı, “Magura” moda evinin dizayneri Gülşən İbrahimovanın buro247.az saytına müsahibə verib və fotoları dərc olunub. Müsahibəsində istedadlı dizayner karyerasından, kolleksiyalarından və gələcək planlarından danışıb. Tabloid.az Tağı İbrahimovun qızının müsahibəsini təqdim edir:
- Gülşən xanım, karyeranıza nə zaman
başlamısınız?
- Dizaynerliyə marağım hələ uşaq yaşlarından olub. Artıq 9 yaşımda
müxtəlif geyimlər tikir, parçalarla düzgün işləməyi bacarırdım.
Atam dizaynerlik sənətini seçməyimi istəmirdi. Ona görə də ilk
təhsilimi Xarici Dillər Universitetində almışam. Ancaq modelyerliyə
olan həvəsim məni ailə qurduqdan sonra ikinci universitetə -
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına apardı. Butikimi ikinci
dəfə ana olanda açdım və 4 ildən çoxdur ki, modelyer-dizayner kimi
çalışıram. MAGURA ilk vaxtlar geyim mağazası kimi fəaliyyət
göstərirdi, bir müddət sonra isə mənə xəyalımdakı moda evini
gerçəkləşdirməyə kömək etdi. Artıq 3 ildir, MAGURA moda evi
fəaliyyət göstərir.
- Kolleksiyalarınızda daha çox haute-couture geyimlər
üstünlük təşkil edir. Bəs gündəlik həyatda özünüz daha çox hansı
geyimləri seçirsiniz?
- Sadə geyimlərə üstünlük verirəm, amma həmin geyimlərdə də dəyişik
detallardan - fantaziyamdan doğan detallardan istifadə edirəm. Bu
da mənim fərqliliyimdir.
- İlk kolleksiyanızın nümayişini necə
xatırlayırsınız?
- MAGURA ilk dəfə Dubayda keçirilən 26 ölkənin iştirak etdiyi
"Bride Show" adlı nümayişə qatıldı və "Rainbow" ("Göy
qurşağı"-red.) adlı ilk kolleksiyamız böyük maraqla qarşılandı. Bu,
mənim birinci uğurum idi. Dünya modasında qanunauyğunluq belədir
ki, dizaynerlər kolleksiyalarda, əsasən, 2 rəngdən istifadə
edirlər. Mən isə bir neçə rəngdən yararlandım. Kolleksiyada heç bir
libas bir-birinə bənzəməsə də, stil baxımından ahəng təşkil edirdi.
Geyimlərdə tafta, atlas, şifon, güpur kimi materiallardan istifadə
etmişdik.
- Geyimlərinizi kiminsə üzərində görəndə hansı hisləri
keçirirsiniz?
- Əlbəttə, sevinirəm ki, yaratdığım və sevərək ərsəyə gətirdiyim
geyimi bir xanım ən özəl günü üçün seçib. Müştərinin sifarişdən
razı qaldığını görəndə isə sanki dünyanı mənə bağışlayırlar.
- Moda evinin siması kimi hansı məşhuru
görürsünüz?
- Təbii ki, Azərbaycanda da, xaricdə də MAGURA brendinin siması ola
biləcək gözəl xanımlar çoxdur. Ümumiyyətlə, bu atelyeni seçən hər
bir xanım brendin simasıdır.
- Dünya modasında kimlərin stilindən
ilhamlanırsınız?
- Oscar de la Renta və Zuhair Murad favoritlərim sırasındadır. Bu
iki brend bir-birindən stil baxımından fərqlənsə də, hər iki
modelyer öz karyeraları boyu heç kimi təkrarlamayıblar. Zuhair
Murad geyimlərində daş-qaşlar üstünlük təşkil edirsə, Oskar de la
Renta parçanın kəsim növüylə işləməyi hər kəsdən yaxşı bacarır.
- MAGURA brendiylə bağlı gələcəkdə hansı planlarınız
var?
- Sevindirici haldır ki, Azərbaycanda MAGURA brendinin geyimləri, o
cümlədən gəlinlikləri böyük maraqla qarşılanıb. Planımızda növbəti
nümayişi Bakıda keçirməkdir və düşünürəm ki, yeni kolleksiyamız
xanımların ürəyincə olacaq. Bu təqdimatdan sonra bir çox xarici
ölkələrdə layihələr həyata keçirməyi planlaşdırıram. Məqsədim -
dünyaca məşhur modelyer olmaqdır. Biznesə burada başlasaq da,
gələcəkdə brendin dünyada tanınması üçün əlimizdən gələni edəcəyik.
Ümid edirəm ki, Azərbaycanın adını məşhur modelyerlər sırasına
qaldırmağı bacaracağam.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR