Həftədə 5 kilo arıqladan qarpız pəhrizi
Bizi izləyin

Tabloid.az

Həftədə 5 kilo arıqladan qarpız pəhrizi

Qarpızla gələn gözəllik

Dəniz mövsümü açılıb. Deməli, qısa müddətdə artıq çəkidən xilas olmalıyıq. Yay giləmeyvəsi hesab edilən qarpız elə bil məhz bunun üçün yaradılıb. Bəli, qarpız pəhrizi sayəsində qısa müddətdə arıqlayıb çimərlikdə gözəlliyinizi nümayiş etdirə bilərsiniz.

Qarpız pəhrizinin qaydaları:

I gün

Səhər: 2 stəkan su, 1 dilim qarpız, 30 q (bir kibrit qutusu böyüklüyündə) pendir, 1 dilim çörək.

Günorta: 1 dilim qarpız, 30 q pendir, 1 dilim çörək

Nahardan sonra: 1 dilim qarpız.

Axşam: 200 qr qızartma toyuq filesi, salat, 1 dilim çörək.

Gecə: 1 dilim qarpız, 1 dilim çörək.

II gün

Səhər: 2 stəkan su, 1 dilim qarpız, 1 fincan çay, 1 ədəd yumurta, 1 dilim çörək.

Günorta: 1 dilim qarpız, 200 q badımcan salatı, 200 gr qatıq, 1 dilim çörək.

Nahardan sonra: 1 dilim qarpız.

Axşam: 200 qr mal əti və ya yağsız bişirilmiş 200 q ət, salat, 1 dilim çörək.

Gecə: 1 dilim qarpız, 30 q pendir

III gün

Səhər: 2 stəkan su, 1 fincan çay, 1 dilim çörək

Günorta: 200 q balıq, salat, 1 dilim çörək

Nahardan sonra: 1 dilim qarpız

Axşam: 200 q qatıq, qaynadılmış balqabaq, salat

Gecə: 1 dilim qarpız, 30 q pendir

IV gün

Səhər: 2 stəkan su, 1 dilim qarpız, 1 dilim çörək

Günorta: Yağsız göbələk, salat, 1 dilim çörək

Nahardan sonra: 1 dilim qarpız, 200 q qatıq

Axşam: 200 q yağsız ətlə edilmiş kotlet, salat

Gecə: 1 dilim qarpız, 30 q pendir

V gün

Səhər: 2 stəkan su, 1 dilim qarpız, 30 q pendir

Günorta: Sobada balqabaq, 1 dilim çörək, salat

Nahardan sonra: 1 dilim qarpız

Axşam: 200 qr xırda doğranmış ət və qarışıq tərəvəzlərlə hazırlanmış soba xörəyi, salat

Gecə: 1 dilim çörək, 1 dilim qarpız

VI gün

Səhər: 2 stəkan su, 1 dilim qarpız, 1 yumurta və 30 q pendirlə edilmiş omlet, 1 dilim çörək, xiyar, pomidor

Günorta: 200 q qatıq, qaynadılmış tərəvəz

Nahardan sonra: 1 dilim qarpız, 1 dilim çörək, 30 q pendir

Axşam: 200 q qatıq, qaynadılmış tərəvəz, salat

Gecə: 1 dilim qarpız, 30 q pendir, 1 dilim çörək

VII gün

Səhər: 2 stəkan su, 1 dilim qarpız, 1 dilim çörək

Günorta: 200 q qatıq, qaynadılmış tərəvəz, 1 dilim qarpız

Nahardan sonra: 1 dilim qarpız, 1 dilim çörək

Axşam: 200 q balıq buğlama, salat, 1 dilim çörək

Gecə: 1 dilim qarpız

Qeyd edək ki, bu pəhrizi 15 gündən artıq saxlamaq olmaz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm