Reza Zərrab yaxtası ilə Yunanıstana getdi - FOTO
Bizi izləyin

Tabloid.az

Reza Zərrab yaxtası ilə Yunanıstana getdi - FOTO

Türkiyədən kənara çıxması barədə qoyulmuş qadağa aradan qaldırıldıqdan sonra ilk dəfə...

Türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı, azərbaycanlı iş adamı Reza Zərrab ailəsi ilə birlikdə Yunanıstana dəniz səyahətinə çıxıb.

Türkiyədən kənara çıxması barədə qoyulmuş qadağa mayın 16-da aradan qaldırıldıqdan sonra ilk dəfə ölkəni tərk edən Reza “60 Years” adlı yaxtası ilə Rodosa yollanıb. İş adamının daha sonra Mikonos adasına keçəcəyi bildirilir.

Xatırladaq ki, Reza Zerrab gündəmdən düşmək bilmir. 2013-cü ilin dekabrında baş tutan “Rüşvət və korrupsiya” əməliyyatı zamanı həbs edilən Reza ötən həftə Bodrumda dincələrkən bir qrup gəncin “dənizdə oğru var” deyə qışqırmasından sonra onları mühafizəçilərinə döydürüb. Bu hadisə ilə bağlı o, polis bölməsində ifadə verib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm