Qadınların nifrət etdiyi kişi tipləri
Bizi izləyin

Tabloid.az

Qadınların nifrət etdiyi kişi tipləri

Qadınların nifrət etdiyi kişi tipləri hansılardır? Tabloid. az bu suala aydınlıq gətirən ipuclarını təqdim edir:

Qadınların nifrət etdiyi kişi tipləri hansılardır? Tabloid. az bu suala aydınlıq gətirən ipuclarını təqdim edir:

Sarı dişlər: Marketlərdə çeşid-çeşid diş məcunu ilə dolu olduğu bir zamanda hələ də sarı dişlərlə qadın üzünə gülümsəyirsinizsə, daha sizə söz yoxdur. Unutmayın ki, sizin qadın gülümsəməsinə diqqət yetirdiyiniz qədər onlar da kişi təbəssümünüzü diqqətində saxlayır.

Pis ağız qoxusu: Bu problemi həll etmək üçün saysız-hesabsız vasitələr olsa da, ağız qoxusunun səbəbi mədədəki nasazlıq və ya bir çürük dişiniz də ola bilər. Əgər bu problem sizdə daha ciddidirsə, öncə həkimə müraciət edin. Yediyiniz yeməklərə diqqət edin. Sevgilinizlə görüşə getməzdən öncə soğan, sarımsaq kimi qoxulu qidalar yedinizsə, qısaca, görüşü təxirə salmağı məsləhət görürəm. Ağız spreyi və ya nanəli saqqız ağız qoxusunu dəf etməkdə daimi müttəfiqiniz ola bilər.

Bol və beli düşük şalvarlar: Bəli, müasir həyatda düşük şalvar belə dəb olaraq qəbul oluna bilir. Lakin onun altından geyindiyiniz tuman da vacibdir.

Qızıl boyunbağılar və aksessuarlar: Çox varlı ola bilərsiniz, hətta qızılı rəngi də çox sevə bilərsiniz lakin mövzuya qadınların baxışı budur: “Kişilərə bəzək, özəlliklə, qızıl yaraşmır”. Barmaq qalınlığında qızıl boyunbağı və ya üzük, barmağı gizlədən iri qaşlı üzüklər taxan kişiləri sevmək bir yana, heç onları ciddi qəbul etmirlər.

Təsbeh: Hələ də təsbehmi çevirirsiniz? Əgər əlinizi oynatmaq çox vacibdirsə, təsbeh əvəzi istədiyiniz başqa bir şeyi istifadə edin. Çünki qadınlar təsbeh çevirən kişilərə yaxşı gözlə baxmırlar. Hətta demək olar ki heç baxmırlar.

Ucuz ətir: Ətiriniz bitsə belə onun yerinə ucuz odekalon istifadə etməyin. Sizdən ucuz odekalon qoxusunun gəldiyini üzünüzə deməsə də, onlar sizə buna görə nifrət edə bilərlər.

Dar köynəklər: Qadınlar güclü kişiləri sevsə də, əyninə zorla dar köynək geyinən kişiləri çəkici hesab etmir.

Yekə qarın: Həddindən çox şişirilmiş əzələləri bəyənmədiyi kimi, qadınlar həddindən çox şişirilmiş qarnı da sevmirlər.

Tər qoxusu: Qadınlar təmiz kişiləri sevirlər. Ona görə də tər qoxusu böyük təhlükədir. Ətir olmasa da, vücudu qoxumayan kişilərə qadınlar hörmət edirlər.

Ağ rəngli şalvar: Ağ şalvar geyinib görüşə getməyin. Ümumiyyətlə, zövqünüz yaxşı deyilsə, rənglərin ahəngindən başınız çıxmırsa və sevdiyiniz qadının xoşuna gəlmək istəyirsinizsə, ağ rəngli paltarlara pul xərcləməyin.

Hündürdaban ayaqqabı: Aranızda hündürdabanlı ayaqqabı geyinənlər varsa, indidən o ayaqqabıları gizlətsin. Boyunuz qısadırsa eybi yoxdur, olduğunuz kimi görünün. Qadınlar hündür görünmək üçün dikdaban ayaqqabılara pul xərcləyən kişilərə birmənalı baxmır.

Nəm saçlar: Qardınlar başına bir qutu krem, ya da jele yaxan, saçları günəş altında su kimi parıldayan kişilərdən hürkürlər. Təmiz və özünüzə yaraşan saç modeli düzəldin.

Çirkli dırnaqlar: Qadının kişilərdə ilk baxdığı yerlərdən biri onun əllərdir. Kişinin təmiz əlləri, qadına, onun ümumiyyətlə, hər cəhətdən təmiz birisi olması əminliyini verir. Əyri, altı qara çirk zolağı ilə bəzənmiş dırnaqları olan əlləri heç bir qadın tutmaq istəməz.

Çirkli burun: Nəfəs aldıqda tozun buruna daxil olmasına əngəl olan burun tükləri nə yazıq ki, burun dəliklərindən boylananda qadınları hürküdür. Çünki nəfəs alıb-verərkən belə o tüklər tərpənir.

Uzun bığlar: Üzünüzün quruluşuna görə saxladığınız bığ və saqqal təbii ki, sizə özəl bir yaraşıq verir. Lakin bu yaraşıqların uzunluğuna diqqət etməlisiniz. Bir qadın, yediyiniz əriştənin bığlarınızdan sallandığını görüb, sizi xəbərdar etsə düşdüyünüz o halınızı təsəvvür edirsinizmi?

Qulaq tükləri: Qulaqlardan canavar kimi çıxan tükləri yolarkən ağrısını bəhanə etməyin. Ağrıya qalsa qadınların verdiyi ağrını heç nə vermir.

Tüklü bədən: Hərbi rütbə kimi çiyinlərdən sallanan və beldəki tüklərdən azad olmağın yolunu özünüz tapın. Sözsüz ki, bu cür təbii kürklərə qadınlar nifrət edirlər. Çünki hər bir qadın bir tük yumağına sarılmaq əvəzinə otağını bəzəyən yumşaq oyuncaq ayıya sarılmağı üstün tutar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm