Tabloid.az
Yayın dəb təntənəsində ağ və qaranın rolu - FOTOLAR
Qara və ağ rənglər insanların illərdir vaz keçmədiyi iki rəngdir. Hələ ikisi bir yerdə istifadə edilərsə, adam gözünü çəkə bilmir. Bundan əlavə, hər mövsümün şablon trendləri var. Məsələn, ağ və qara rənglər kimi. Xüsusən də, 60-70-ci illərin üslubunda tikilən geyimlər çox dəbdədir.
Qara rəng cazibə qüvvəsinə malik olduğu üçün qadınlar illərdir ki, kişiləri onun sayəsində cəzb etməyə çalışırlar. Qadınların qarderobunda qara rəngin üstünlük təşkil etməsi heç də təsadüfi deyil. Lakin tamamilə qara rəngə bürünmək də düzgün deyil. Qara rəngdən çox istifadə edərək əhval-ruhiyyənizi riskə ata bilərsiniz. Qara rəng bəzi vaxtlarda depressiyaya sala bilir. Qara rəng limitli olaraq istifadə edilməlidir.
Ağ rəng düşüncə gücünü artıraraq yaradıcılıq duyğusunu inkişaf etdirir. Ağ və onun çalarları hər zamana uyğun gəlir. Başqa rənglərlə istifadə edildiyi halda onların təsirini artırır. Təbii ki, təmiz, saf, məsum təsir bağışlayır. Qaradan fərqli olaraq, ağ rəngdən limitsiz istifadə edə bilərsiniz. Gəlinlərin başdan ayağa ağ rəngə bürünməsi buna misal ola bilər.
İndi isə ağ və qaranın kombinasiyası haqqında danışım. Ağ və qara rənglər işi asanlıqla həll etmək və sözümüzü rahat keçirmək üçün istifadə edilən ən sağlam rənglərdir. Bank və ciddi iş yerlərində bu rənglərə üstünlük verilməsi heç də səbəbsiz deyil.
Bu tərz geyinən adamlar ciddi təəssürat yaradır. Ağ və qara rənglərdə geyinən adam görəndə ifadələrimizə ikiqat diqqət edir və məsafə saxlamağa çalışırıq. Tabloid.az moda evlərinin ən yaxşı qara və ağ kombinasiyalarını təqdim edir:
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi