Makiyajla burnu kiçik göstərməyin üsulları - FOTO
Bizi izləyin

Tabloid.az

Makiyajla burnu kiçik göstərməyin üsulları - FOTO

Makiyajla burnu kiçiltmək - FOTO

Gözlərə, dodaqlara və yanaqlara makiyaj etməyi az-çox bilirik. Buruna gəldikdə isə üzərində çox işləmirik. Hər iki tərəfinə tonal krem çəkməklə makiyajı bitmiş hesab edirik. Amma bu bir çox xanımın etdiyi makiyaj xətalarından biridir. Burun makiyajda əsas nöqtələrdən biridir. Təəssüf ki, hər kəsin burnu ideal deyil. Makiyaj etməyi sevən qadınlar kosmetik vasitələrin sayəsində burnu balaca göstərə bilər. Yadınızda saxlayın ki, daha gözəl görünməyin sirri gözəl və balaca burunda deyil. Düzgün makiyaj etməyi bilən qadınlar bəzi hiylələrlə qüsursuz gözəllik yarada bilərlər.

Bir neçə makiyaj hiyləsi ilə burnunuzu daha incə və kiçik göstərə bilərsiniz. Makiyajda kölgələrdəndirmə texnikalarını öyrəndikdən sonra əslində, nail ola bilmədimiz gözəllik yoxdur. Üz cizgilərini ön plana çıxarıb bəzi yerləri gizləyərək üzünüzə istədiyini kimi forma verə bilərsiniz.

Düz burun: Düz burunlarda burun sümüyü görünmür. Bu burunlar çıxıq olmayan yanaq yüksəkliyinə yaxın olur. Burun pərdələri adətən geniş olur. Əgər düz burnunuz varsa, qaşların bitdiyi yerdən burun ucuna qədər, burnun hər iki kənarlarını bərabər şəkildə konturlayaraq sümüyü bəlli edə bilərsiniz.

Üçbucaq burun: Gözlərin arasında qalan körpücük sümüyü dar, burun ucu geniş olan burunlara deyilir. Belə bir burnunuz varsa, burun ucunun iki tərəfini, yəni burun pərdələrini bərabər və tünd konturlayın. Burnun üst nöqtəsini daha geniş göstərmək üçün gözlərin burun körpüsünə yaxın iç hissələrini daraldıb, dar olan hissəni genişlədərək tarazlıq yarada bilərsiniz.

Əyri burun: Burnun iki tərəfinin bərabər görünmədiyi burun ucunun, ya da burun sümüyünün bir tərəfə əyilməsi əyri olduğunu bildirir. Burnunuz əyridirsə, burnun hər iki tərəfini bərabər formada konturlamağa çalışmalısınız. Çıxıq olan tərəfə yuxarıdan aşağıya tərəf düz bir xətt çəkərək, iç tərəfi isə aydınlatıcı çəkib genişləndirərək iki tərəfin görüntüsünü bərabərləşdirə bilərsiniz.

Yumru burun: Burun ucu yumru olan burunlardır. Bu burnu çox rahat formada tonallaşdıra bilərsiniz. Burunun uc hissəsindəki geniş burun pərdələrini konturlamaq bəs edir. Bəzən gözün iç hissəsini də konturlayıb burun sümüyünün tam üzərinə aydınlaşdırıcı çəkib daha yaxşı görünməsini təmin edə bilərsiniz.

Körpülü burun: Burun sümüyünün çox çıxıq olduğu burunlarda öndən baxıldığı zaman sümüyün ətrafına qalan bölgə çox dərin və kölgəli görünən burundur. Bu görkəmin qarşısını almaq üçün qaşların arasında başlayıb burun sümüyünə qədər olan hissəsinə açıq tonal krem çəkə bilərsiniz. Bu texnika sayəsində burun sümüyü ilə çevrəsi arasındakı yüksəklik azalacaq və sümüyün çıxıqlığı çox bəlli olmayacaq.

Dar burun: Burun kənarlarının dar olduğu burun formasıdır. Burnunuz belədirsə, burnun iki tərəfini tonallaşdırmaq yerinə aydınlaşdırıcı çəkərək geniş göstərə bilərsiniz. Göz içlərindən başlayaraq burun pərdələrinin başladığı nöqtəyə qədər hər iki tərəfə bərabər miqdarda aydınlaşdırıcı çəkib burun kənarlarını daha böyük göstərə bilərsiniz.

Qeyd: Burnunuzu balaca göstərmək üçün dəri rənginizdən 2 ton açıq və 2 ton tünd kirşan və ya tonal kremə ehtiyac var. Tünd rəngli korrektorlar məmnun olmadığınız yerləri gizlətməyə kömək edir. Açıq rəngli korrektorlar isə burnun görünməsini istədiyiniz yerlərə çəkilir. Burun makiyajı fırça ilə edilərsə, daha yaxşı və təbii nəticə almaq mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm