Türkiyənin ən yaraşıqlı aktyoru Çağan İrmakın filmində - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkiyənin ən yaraşıqlı aktyoru Çağan İrmakın filmində - FOTOLAR

Tamaşaçılara özünü "Günəşi gözləyərkən" serialında canlandırdığı Kərəm obrazı ilə sevdirən aktyor Kərəm Bursin yeni filmə çəkiləcək

Tamaşaçılara özünü "Günəşi gözləyərkən" serialında canlandırdığı Kərəm obrazı ilə sevdirən aktyor Kərəm Bursin yeni filmə çəkiləcək.

Aktyor Türkiyənin ən məşhur rejissorlarından olan Çağan İrmakın "Unutsam, pıçılda" adlı filmində rol alacaq.
Filmdə həmçinin Məhməd Günsür, Fərəh Zeynəb Abdullah istedadlı aktyor və aktrisalar da olacaq.

"Çağan İrmakdan elə bir təklif aldım ki, əsla "yox" deyə bilməzdim. Tamaşaçılar rolumu görəndə çox təəccüblənəcəklər", - deyən Kərəm Bursin çox həyəcanlı olduğunu qeyd edib.

Qeyd edək ki, Kərəm Bursinin yaraşıqlılığı ilə Kıvanc Tatlıtuğ və Kənan İmirzalıoğlunu geridə qoyduğu və onların populyarlığını əllərindən aldığı bildirilir. Türkiyə mətbuatında yer alan xəbərlərə inansaq, artıq bütün rollar Kərəm Bursinə təklif edilir. Kıvanc və Kənan isə əvvəlki kimi bəyənilmir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm