“Kral qidası”nın orqanizmə faydası
Bizi izləyin

Tabloid.az

“Kral qidası”nın orqanizmə faydası

Min bir dərdin dərmanı

Yemiş əvvəllər "kral qidası" sayılırmış və yalnız xüsusi mərasimlərdə masaya verilirmiş.

Yemişin kimyəvi tərkibi çox zəngindir. Onun tərkibində sellüloz, zülallar, nişasta, şəkər, orqanik turşular, vitaminlər və mikroelementlər var.

Sellülozla zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Yemiş və xüsusilə yemişin şirəsi əla sidikqovucu effektə malikdir.

Yemişin tərkibində olan A və C vitaminləri orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, immuniteti möhkəmləndirir. B qrupuna aid olan vitaminlər, fol turşusu, PP vitamini mübadilə proseslərini yaxşılaşdırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.

Silisium ilə olduqca zəngin olan yemiş saç və dərinin vəziyyətini yaxşılaşdırır, dərini daha hamar və parlaq, saçları isə daha canlı və qalın edir, saçların tökülməsi ilə mübarizə aparır.

Bu səbəbdən yemiş və onun şirəsi kosmetologiyada geniş istifadə olunur.

Tərkibində dəmir və kalium elementləri olan yemiş qan sistemi və ürək üçün də çox xeyirlidir.

Şəkərlə zəngin olan yemiş əla enerji mənbəyidir, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.

Yemiş azkalorili tərəvəzdir və arıqlamaq istəyənlər istifadə edə bilərlər.

Ancaq yemişin faydalarından yararlana bilmək üçün bəzi qaydalara əməl etmək lazımdır.

İlk növbədə yemişi ağır yeməkdən sonra yemək olmaz. Həddindən artıq qəbul edilən yemiş köpə, gəyirməyə, bağırsaqlarda ağrılara səbəb ola bilər. Ona görə də bi-iki dilimlə kifayətlənin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm