Nadir Qafarzadə: “Səhnədə artistlik etsəm də, evdə ciddi ərəm”
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə: “Səhnədə artistlik etsəm də, evdə ciddi ərəm”

Bu gün müğənni Nadir Qafarzadə Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcək. Konsert öncəsi müğənni Tabloid.az saytına eksklüziv müsahibə verib:

Bu gün müğənni Nadir Qafarzadə Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcək. Konsert öncəsi müğənni Tabloid.az saytına eksklüziv müsahibə verib:

-Ramazan sizin üçün nə deməkdir?

-Ramazan nəinki mənim, bütün müsəlman dünyası üçün müqəddəs aydır. Bu ay bu gün yaranmayıb. Biz özümüzü tanıyandan, müsəlman dinini qəbul edəndən yaranıb. Ramazan ayı on bir ayın sultanıdır. Ümumiyyətlə, mənim üçün Allahın yaratdığı hər gün, saat və dəqiqələr mübarəkdir.

-Oruc tutursunuz?

-Təəssüf, yox.

-Nə zamansa tutmusunuz?

-Səhhətim imkan vermir. Mədəmdə qastrit var. Ümumiyyətlə, ac qalmağı həkim mənə qadağan edib. Oruc tutmasam da, bu ayda çalışıram ki, iftar süfrələri təşkil edim.Gücüm çatanı edirəm. Bilirəm ki, bu ayın sonunda evdən fitrə zəkatı çıxarılır. Dini adətlərimizi az-çox bilirəm.

-Cənnətlə Cəhənnəmə inanırsınız?

-Əslində, o yolu gedib-gəlməmişəm. Amma deyilənə görə, Cənnətlə Cəhənnəm var. Hər bir insan da öz əməllərinə görə Cənnətə və ya Cəhənnəmə düşür. Hətta çoxları 60 yaşına qədər pis işlər görürlər, ədalətsizlik edirlər. 60 yaşından sonra Həccə gedib, namaz qılmağa başlayırlar ki, günahları bağışlansın. Sən pis əməllər etmə ki, sonra da yalandan namaz qılıb, Həccə getmək məcburiyyətində qalasan. Bütün bunları təmiz qəlblə etmək lazımdır. Bu kimi hallar məndə çaşqınlıq yaradır.

-Həcc ziyarətinə getməyi düşünürsünüz?

-Mən Həcc ziyarətinə başqa bir adamın getməsinə yardımçı olmuşam. Özüm isə Məşəddə olmuşam. Düzü, Həccə getmək istəmirəm. Səbəbini sizə deyim, mən şou aləmindəyəm. Əyləncəli bir həyat sürürəm. Toylarda oluram, içki məclislərinə gedirəm. Bəzən hansısa toyda bir içkili adam gəlib, mənimlə öpüşüb, görüşür. Mənə nəfəsi, bədəni, əli dəyir. Ona görə də istəmirəm, yalandan ad olsun ki, Nadir Qafarzadə Həccə gedib, hacı oldu. İnsanın əməli də hacı adına layiq olmalıdır. Bunu günah kimi boynuma yazmaq istəmirəm. Zaman gələr, mən bu sənətdən uzaqlaşaram. Yaşlanıb, ağsaqqal olanda ziyarətkaglara gedərəm. Hələlil isə arzusu, niyyəti olub, amma maddi imkanı olmayanlara dəstək oluram, onların xərclərini ödəyirəm.Hələ ki, özüm getməsəm də olar.

-Sənətdən gedəcəyinizi dediniz. Bir müddət öncə müğənni Kərim müsahibəsində yerli şou-biznesi çirkab adlandırmışdı. İlk fürsətdə müğənnilikdən uzaqlaşacağını söyləmişdi. Sizin bu məsələyə münasibətiniz necədir?

-Mən də fikirləşirəm ki, yerli şou-biznes çirkabla doludur. Nə vaxtsa vaxtım çatanda səhnədən gedəcəyəm. Səhnəni dörd əlli tutub gedənlərdən deyiləm. Çünki zaman ötür, biz yaşlaşırıq, səhnəyə gənc müğənnilər gəlir. Yerimizi gənclərə verməliyik. Yəni səhnədən üzüsulu getmək lazımdır. Mən də zamanı gələndə gedəcəyəm.

-Özünüzdən sonra sənət qoya biləcəksiniz?

-Onu mən deyil, dinləyici deyə bilər. Gördüyüm işlərlə buna qərar vermək olar. Amma inanıram ki, özümdən sonra nəsə qalacaq.

-Niyə sanballı mahnılar ifa etmirsiniz? “Maral-maral”, “Göndər” kimi mahnılar oxuyurunuz?

-Bunlar bu günün mahnılarıdır. Yayın, əhval-ruhiyyəsinə uyğun, gənclərin mahnısıdır. Axı mən sanballı mahnılar da ifa etmişəm. “Füzuli kantatası”, “Oxu, tar”ı misal çəkə bilərəm. Cahangir Cahangirov, Fikrət Əmirov, Ramiz Mirişli, Emin Sabitoğlu, Faiq Sücəddinov, Səid Rüstəmov, Hacı Xanməmmədov və bir çox böyük bəstəkarların əsərlərini ifa etmişəm.

-Sizcə, yaradıcılığınızı izləyənlər, sevənləriniz var?

-Əlbəttə var. Hətta mən gələn il fanatlarım üçün konsert verməyi düşünürəm. Gələn il bu vaxt həqiqi fanatlarım üçün oxuyacağam. Bəzən məclislərdə, tədbirlərdə mənə yaxınlaşırlar, fanatım olduqlarını, məni sevdiklərini, hansı mahnımı daha çox bəyədiklərini söyləyirlər. O qədər şit və bayağı görünürür ki, mən bunu hiss edirəm. Kifayət qədər yaşım var. Məni doğrudan sevənlər, mahnılarımı, yaradıcılıq yolumu bilənlər konsertimdə olacaqlar. Mən konsertimdə suallar verəcəyəm. Özünü mənim fanatım kimi təqdim edən sualıma cavab verə bilməsə deməli, o yalançı fanatdır.

-Nadir Qafarzadə ailədə necədir?

-Əslində, mən evdə bir valideyin, ər olaraq ciddiyəm. Səhnədə isə artistəm, həyatda adi bir vətəndaşam. Oğullarımdan biri Avropada təhsil alır. O, anası tərəfə çəkib, çox ciddi xarakteri var. Tərifləmirəm, amma düşünürəm ki, ideal ailəyə sahibəm. Bu da mənim deyil, xanımımın zəhməti sayəsindədir. Çünki mən ömür boyu çöldə-bayırda olmuşam. Oğullarımın təhsili, tərbiyəsi ilə xanımım məşğul olub. Ona görə də ömür boyu ona borcluyam. Hətta mən özüm də həyatda dik, əzmlə dayandığıma görə xanımıma borcluyam. Çünki ağır günlərimdə, o, əlimdən tutub, məni tərk buraxmayıb, atıb getməyib. Halbuki, insanlar var, bir az çətinliyiə düşən kimi bir-birlərini atırlar. Hər şeyi maddiyyat üzərində qururlar. Amma bizim ailəmiz çətin günlərə tab gətirdi. Allah da ağır günlərdə səbr etdiyimizi görüb, bizi darda qoymadı.

-Niyə hər zaman qalmaqal edirsiniz? Bunsuz keçinmək heç mümkün deyil?

-İnanın ki, mən sülh tərəfdarı olan insanam. Adım qalmaqalda çıxsa da, sülhsevərəm, insanları sevirəm. Dostluq etməyi bacarıram. Düşmən ola bimirəm, bunu bacarmıram. Kiminləsə də düşmən olanda, az keçmir barışıram. İstəyirəm ki, aradakı soyuqluğu aradan qaldırım, aramız yaxşı olsun. Ona görə də məndən çəkinməyin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm