Tabloid.az
Daşkənddə "Dolu" filminin təqdimatı keçiriləcək
Fevralın 26-da "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının davamı olaraq Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ssenarisi yazıçı Aqil Abbasa məxsus "Dolu" filminin təqdimatı və Xocalı soyqrımı zamanı həlak olanların anım mərasimi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən
Publikaaz-averilən məlumata görə, tədbirdə Azərbaycanın
Özbəkistandakı səfiri Hüseyn Quliyev, azərbaycanlı millət vəkilləri
Aqil Abbas, Nizami Cəfərov, yazıçı Yunus Oğuzun və Özbəkistanın
ziyalı ictimaiyyətinin, dövlət qurumlarının nümayəndələrinin və
diplomatların iştiraki gözlənilir.
Tədbir zamanı Mədəniyyət Mərkəzinin həyətində "Justice for khojaly"
klipi göstəriləcək, şəhidlərin xatirəsinə həsr olunmuş güllərdən
ibarət kompozisiya qurulacaq, soyqırım qurbanlarının xatirəsinə
şamlar yandırılacaq, uşaqlar havaya sülh göyərçinləri
uçuracaqlar.
Tədbirə gələnlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin "Xocalıya
ədalət" adlı sərgisində nümayiş olunan əsərlər və Heydər Əliyev
Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı səfirliyinə
göndərilmiş Xocalı soyqırımı haqqında fotoşəkil və nəşrlərlə tanış
olacaqlar.
Daha sonra "Dolu" filmi nümayiş olunacaq.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO