Ən gözəl süfrə tərtibatları - Fotolar
Bizi izləyin

Tabloid.az

Ən gözəl süfrə tərtibatları - Fotolar

Ən gözəl süfrə tərtibatları - Fotolar

Özəl qonaqlar təşrif buyuran zaman və ya vacib dəvətlərdə, nişan və ad günlərində süfrəyə düzülən təamlar gələnlərin ağız dadını oxşamaqla yanaşı, göz zövqünə də xitab etməlidir. Tabloid.az özəl günlərdə gözəl süfrə hazırlaya bilməniz üçün maraqlı süfrə fotoları toplayıb.

Çəngəl, qaşıq, bıçağın yeri haradır? Hansı yeməyi əvvəl təqdim etməliyəm?

Əslində diqqət edəcəyimiz bir neçə vacib məqamla qəşəng və düzgün bir süfrə tərtib etmək heç də çətin deyil!

Süfrə hazırlanarkən ən çox narahatlıq verən mövzulardan biri də çəngəl, qaşıq və bıçağın düzülüşüdür. Bunun çox sadə bir yolu var. Çəngəl-bıçaq istifadə məqsədlərinə görə, xaricdən daxilə doğru yerləşdirilməlidir. Qulağa qarışıq gəlsə də, bu düzülüşü bir dəfə öyrəndikdən sonra rahatlıqla tətbiq edə bilərsiniz.

  • Xörək çəngəli qabın soluna;
  • Xörək bıçağı qabın sağına;
  • Xörək qaşığı qabın sağına, bıçağın xaricinə;
  • Balıq çəngəli qabın soluna, çəngəl xaricinə;
  • Balıq bıçağı qabın sağına, yemək bıçağı xaricinə;
  • Desert çəngəli qabın soluna, digər çəngəllərin xaricinə;
  • Desert qaşığı qabın ön hissəsinə;
  • Tort çəngəli qabın ön hissəsinə, sapı sola doğru;
  • Tort bıçağı qabın ön hissəsinə, iti tərəfi qaba, sapı sağa doğru, çəngəl yanına qoyulmalıdır.

Yalnız çəngəl, qaşıq, bıçaq düzülüşünü bilmək bəs deyil. Dəvət süfrəsində uyğunlaşdırma çox əhəmiyyətlidir. Yaxşı qəşəng bir süfrə nizamında başqa nələrə diqqət etmək lazımdır?

  • Su stəkanı qabın sol ön hissəsinə;
  • İçki stəkanı su stəkanının sağına;
  • Duz və istiot qabı iki xörək qabı arasına;
  • Yağ və sirkə süfrənin ortasına yaxın;
  • Souslar yağ ilə sirkəyə yaxın;
  • Yağ qabı xörək qabının sol tərəfdən qarşısına;
  • Salat qabı xörək qabının sol tərəfsən qarşısına;
  • Meyvə qabı ortaya;
  • Çörək qabı ortaya;
  • Çiçək süfrənin ortasına;
  • Salfet isə qeyri-rəsmi yeməklərdə çəngəlin soluna, rəsmi yeməklərdə isə salfet qabının içinə qoyulmalıdır.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm