Tabloid.az
Xərçəng xəstəliyi daha bir aktrisanı ağuşuna aldı - Foto
Şəkər və xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Gülnar Salmanovanın vəziyyəti ağır olaraq qalır.
Tabloid.az xəbər verir ki, sənət dostları Musiqili Teatrın aktrisasına baş çəkiblər. Naibə Allahverdiyeva, Telli Hüseynova, teatrşünas Əjdər Dadaşov və başqaları aktrisanı yaşadığı mənzildə ziyarət ediblər.
Aktrisalar daha sonra həmkarları ilə bağlı təəssüratlarını sosial şəbəkədə belə dilə gətiriblər:
Naibə Allahverdiyeva: “Doğurdan da vəziyyəti çox ağırdır. Tək, tənha, köməksiz bir vəziyyətdə qalıb. Onu görəndən özümə gələ bilmirəm”.
Telli Hüseynova: “Mən inana bilməzdim xəstəlik gözəl, pozitiv aktrisamızı Gülnar xanımı belə yıxar. Allah şəfa versin”.
Qeyd edək ki, ev şəraitində müalicə alan aktrisa ötən ay gündəmi zəbt edən hadisə ilə üz-üzə qalıb. Nərimanov rayonu, Arif Heydərov küçəsi, bina 21-də yaşayan sənətkarın qəfildən ürək ağrısı tutub və yerə yıxılıb. Bu zaman o, evdə tək olub. Hamamdan yataq otağına keçmək istəyən aktrisa, hadisə zamanı oğlu ilə telefonla danışırmış. Bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qalıb. Hadisədən xəbər tutan oğlu dərhal qonşuluqda yaşayan aktrisa Kübra Əliyevaya ilə əlaqə saxlayıb və kömək etməsini xahiş edib. O, isə mənzilin qapısını aça bilmədiyindən FHN-nin xüsusi riskli xilasetmə xidmətini köməyə çağırıb. Mənzilin pəncərəsinin dəmir çərçivəsi kəsilərək içəri daxil ola biliblər. Qapını açmağa müvəffəq olublar. G.Salmanovaya ilkin təcili tibbi yardım göstərilib.
Kübra Əliyeva isə hazırda aktrisanın vəziyyətinin ağır olduğunu deyib:
“Məlum hadisədən xəbərim var. O, neçə illərdir ki, xəstədir. Bir oğlu var. Çox yaxşı, diqqətcil oğuldur. Bölgələrdə işlədiyinə görə daimi yanında ola bilmir, amma müalicə ilə bağlı, evin təmizliyi ilə bağlı bütün köməkliyi edir”.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"