Tabloid.az
Ayaqları çəkici və şıq göstərən ayaqqabı dəbi - Fotolar
Moda küləkləri öz səmtini tez-tez dəyişdirsə də, klassik üslub və sadəlik bütün dövrlərdə aktual olaraq qalır. Tanketka ayaqqabılar, bütün diqqəti üzərinizə toplayan, qalın dikdabanlı ayaqqabılar və yastıdaban baletkalar mövsümün dəbdə olan modelləridir. Bunlardan başqa, sadə minimalizm qaydalarının ciddi şəkildə qorunduğu hündürdaban səndəllər də dəbdədir. Sadə olsa da, biləkdə bağlanan incə kəmərlər ayaqları çox çəkici göstərir.
Bu ayaqqabı modellərinin əsas özəlliyi sadə olmasıdır. Demək olar ki, hər geyim tərzi ilə uyğunlaşması isə əsas üstünlüyüdür. Onu idman geyimləri, cırıq cinslər, istərsə də təmtəraqlı ziyafət geyimləri ilə uyğunlaşdıra bilərsiniz. Məşhur dizaynerlər kolleksiyalarında bu modellərə böyük veriblər. Bu gedişlə minimal və hündürdaban səndəllərin də stiletto kimi klassika halına gələcəyini deyə bilərik.
Stüart Veytzmanın "Nudist" minimal səndəl kolleksiyası bir daha bu növ ayaqqabıların trend olmasını təmin edib. Qırmızı xalıdan tutmuş, küçə stilinə (street style) qədər xanımlar bu ayaqqabılardan imtina edə bilmir. Onların sevilməsinin əsas səbəbi təkcə hər şeylə yaraşması və şıq görünməsi deyil. Ayağı örtmədiyi üçün vizual olaraq boyu hündür göstərən “Nudist” səndəllər hər bir xanımın zövqünə uyğun gəlir.
Artıq bu model də bütün qadınların qarderobuna daxil olması vacib sayılan ayaqqabı hesab olunur. Onlara böyük məbləğdə pul xərcləməyə xəsislik etməyin. Hər geyimlə uyğunlaşdığı üçün ən ağıllı yatırım etmiş olarsınız. Tabloid.az bu ayaqqabı modellərinə aid bir neçə nümunə toplayıb:
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"