Fransa mətbəxi
Bizi izləyin

Tabloid.az

Fransa mətbəxi

Yeməyi yaxşı bilənlərin bir çoxlarının fikrinə görə, fransız mətbəxi dünyada ən yaxşılardan biridir.

Yeməyi yaxşı bilənlərin bir çoxlarının fikrinə görə, fransız mətbəxi dünyada ən yaxşılardan biridir.

Bu mətbəx millətin mədəniyyəti ilə ayrılmaz olaraq bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnətdir. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransız xalqı yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil.

Ratatuy – tərəvəz raqusu

Bu xörək Provansdan, daha dəqiq, Nitsadandır. Tərəvəzlər ratatuyun əsas inqrediyentləridir. Pomidor, soğan, badımcan, sukkini və bibər bu yeməyin əsasıdır. Bu dadlı raqu həm ayrıca, həm də başqa yeməklər ilə qarnir kimi çox yaxşıdır.

French Food Culture and Recipes

Fransız aşpazlıq həzzləri

Digər milli mətbəxlər kimi də, fransız mətbəxi də adları çəkilən kimi iştah açan delikateslər ilə məşhurdur. Digər tərəfdən, bəzi fransız xörəkləri ancaq onların dadına baxandan sonra xoşunuza gələ bilərlər, məsələn, içalat kolbasası. Buna baxmayaraq, əgər fransız mətbəxinin ən səciyyəvi xüsusiyyəti seçilməli olsaydı, bu, şübhəsiz ki, baget olardı. Fransız xalqının çörəyə səciyyəvi yanaşması bagetin məşhurluğuna, əlbəttə ki, təsir göstərib. Demək olar ki, hər xörək baget ilə yeyilir.

Eskarqo

Eskargo fransız mətbəxində öz populyarlığı üçün “Fransız mətbəxinin incəsənəti” kitabının müəllifi Antuan Karemə borcludur. Bu yağ, sarımsaq və cəfəri ilə bişirilmiş kiçik ilbizlər elə populyar olub ki, xüsusi eskarqo boşqab və maşası işləyib hazırlanmışdır. Bu boşqab və maşa ilbizi qaynar qabıqdan çəngəllə çıxardanda qabığı saxlamağa imkan verir.

Eskarqo sevənlər bu xörək bişirmə prosesinin mürəkkəbliyini bəzən anlamır. İlbizlər orqanizmi qida qalıqlarından təmizləmək üçün 10 günlük ac qalırlar. Bundan sonra onları yuyurlar və üç dəfə növbə ilə qaynadırlar və soyudurlar. Soyudulandan sonra ilbizləri sterilləşdirilmiş və sarımsaqlı kərə yağı ilə yağlanmış qabıqlara qoyurlar və boşqaba düzürlər.

Pendirin zənginliyi

Fransanın ağlasığmaz regional müxtəlifliyi, misilsiz hava şərtləri və landşaft, həmçinin ev heyvanı növlərinin çoxluğu 370-ə yaxın pendir növünün sayında əks olunub. İstehsal yolundan asılı olaraq, aşağıdakı pendir növləri olur: təzə pendirlər, ağ kiflə örtülmüş yumşaq pendirlər, qabığı soyulan pendirlər, mavi pendirlər, keçi pendiri, yetişmiş və yetişməmiş preslənmiş pendirlər. Pendir fransız yeməklərinin ayrılmaz hissəsidir və səhər yeməyi və nahar zamanı kəsmə taxtasında süfrəyə verilir.

french wine

Şərab

Fransızlar şərabı su, süd, çay və ya pivə əvəzinə içirlər. Onlar üçün zərif yeməklər yeyəndə azı bir stəkan şərab içməmək çətin olardı. Adətən, daha az tanınmış şərab markaları istehlak olunur, çox vaxt bu, kiçik yerli üzüm bağından olan şərabdır. Daha çox tanınmış şərab markaları bayram günlərində içilir. Rəylərə əsasən, orta fransız hər il bu nəcib içkinin 100 litri içir.

Gündəlik menyu

Fransızlar hər xörək üçün ərzaqları böyük diqqətlə seçirlər, onların menyusu bayramdan, onun əhəmiyyətindən, günün vaxtından və ya sadəcə aşpazın şıltaqlığından ya da təsəvvüründən asılıdır. Yemək vaxtı regiondan-regiona olaraq fərqlənir. Adətən, qəhvə, çay və ya isti şokoladla cemli kruassandan ibarət olan səhər yeməyi səhər saat 7 ilə 9 arasında süfrəyə verilir. Lanç günorta yeyilir, şorba ilə başlanan nahar isə axşam təqribən saat 8-də süfrəyə verilir.

bonduelle.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm