Tabloid.az
Arıqlamaq üçün bunları etmək çox təhlükəlidir - Fotolar
Arıqlamaq, ideal bədən ölçülərinə sahib olmaq üçün
qadınlar bəzən səhv yollara əl atırlar. Bəs arıqlamaq üçün nələri
etmək olmaz? Nələr sağlamlığa böyük zərər verə bilər? Tabloid.az
pəhriz, arıqlamaq haqqında doğru bildiyimiz yanlışları təqdim
edir.
Artıq çəkidən birdəfəlik xilas olmaq mümkün
deyil
Artıq çəkidən birdəfəlik azad olmaq asan olmasa da, mümkündür.
Düzgün pəhriz saxlasanız, mütəxəssisin fikirlərindən bəhrələnsəniz,
tez bir zamanda sağlam şəkildə arıqlaya bilərsiniz. Tez-tez çəkinin
artıb-azalması bunun mümkün olmadığını deyil, nəyisə səhv
etdiyinizi göstərə bilər.
Cəfəri suyu arıqladır
Cəfəri sidikqovucu təsirə malikdir. Müntəzəm olaraq bu
göyərtinin suyunu içənlər bu təsir nəticəsində özlərini yüngülləmiş
hiss edəcəklər. Tərəzidəki rəqəm bir az da az ola bilər. Əslində,
bu işin arıqlamağa və yağ yandırmağa ciddi şəkildə faydası yoxdur.
Bu içkini içəndən sonra idman etsəniz, nəticəni daha tez əldə etmək
şansınız olar.
Müntəzəm və tez-tez yemək yeyilməlidir
Yeməyi saata görə deyil, bədəndən gələn siqnallara görə yeyin.
Əgər özünüzü ac hiss edirsinizsə, mütləq nə isə atışdırın. Bunun
yağlı, tam yemək olmasına ehtiyac yoxdur. Ayran, ləbləbi, meyvə
aclığı aradan qaldıra bilər.
Az yeməklə arıqlayın
Piylənməyə səbəb olan gizli metobolizma probleminiz varsa, nə
qədər az yesəniz də, birdəfəlik arıqlaya bilməyəcəksiniz. Bunun
üçün ömürlük qidalanma sistemi hazırlamalısınız.
Dərmanlar çəki azaldır
Çox ciddi çəki problemi olan insanlarda həkim müayinəsindən
sonra hər hansı dərmandan istifadə edilə bilər. Amma mütləq həkim
məsləhəti ilə. Kortəbii olaraq qəbul edilən dərmanlar nəinki
arıqlada, sağlamlığınıza sağalmaz fəsadlar törədə, hətta əks təsir
göstərə bilər.
Piylənmə
Əgər kökəlməyə başlamısınızsa, buna səbəb olan amilləri tapın,
müalicə edin. Başqa xəstəliklərdə olduğu kimi piylənmədə də erkən
müdaxilə önəmlidir.
Möcüzə pəhrizlə tez arıqlayın
Piylənməyə qarşı çox qısa zamanda maksimum nəticə verən möcüzəli
pəhriz, dərman və ya başqa bir üsul yoxdur. Sağlam çəki itirilməsi
üçün mütləq səbir, inanc və cəhd etmək lazımdır.
Qısa zamanda sürətlə arıqlamaq mümkündür
Təcili arıqlamaq istəyən şəxs sağlamlıqdan məhrum ola bilərlər.
Çünki həkim tövsiyəsi olmadan, kortəbii pəhrizlər və tibbi əsası
olmayan arıqlama tövsiyələri və ya çox aşağı kalorili pəhrizlərlə
arıqlasalar belə yaşam tərzlərini dəyişdirmədikləri üçün əvvəlki
kilolar geri dönə bilər.
Bəzi bölgələrə xüsusi pəhriz var
Hər kəsin genetik olaraq daha çox yağ hüceyrəsi toplanan bir
hissəsi var. Kimdəsə bu ayaqlar, kimdəsə qarın, kimdə isə
qollardır. Sadəcə bir nayihə üçün nəzərdə tutulan pəhriz yoxdur.
Ancaq sağlam qidalanma və idmanla istədiyiniz hissədə incəlməyə
nail olmaq mümkündür.
Zülallı qidalar sağlam arıqladır
Orqanizm zülallı qidaların həzminə böyük enerji sərf edilir və
müəyyən arıqlama ola bilər. Ancaq zülalla birgə bədənə daxil olan
yağlar da çoxalır və ürək xəstəlikləri riski artır. Bundan əlavə
zulal sümükdən kalsium çəkir ki, bu da gələcəkdə sümük əriməsinə
səbəb ola bilər. Yəni bu yolla arıqlasanız belə, gələcək həyatınızı
xəstə kimi keçirə bilərsiniz.
İdman edərkən sellofan bağlamaq arıqladır
Bu üsul çox geniş yayılsa da, çox yanlışdır. Tərləməyə yol açsa
da, çəki azalmasına səbəb olmur. Bundan əlavə orqanizmə fəsadlar da
vura bilər.
Meyvə yeməkdən 2 saat sonra yeyilməlidir, yoxsa yağa
çevrilir
Əgər doymamısınızsa, ikinci boşqabın yerinə meyvə yeyin. Bu həm
doydurucu olur, həm də daha az kalori qəbul etməyə yardımçı
olur.
Acqarına idman arıqladır
Acqarına idmanla məşğul olmaq sağlamlıqla bağlı problemlərə yol
aça bilər. İdman üçün ən ideal zaman yeməkdən 1,5- 2 saat
sonradır.
Sauna arıqladır
Sauna kimi isti yerdə orqanizm yağ yox, su itirir. Bu isə
dərinin qurumasına tol açır.
Yeməyə şorba ilə başlayanlar az yeyir
Yemək yeməyə şorba ilə deyil, salat, qatıq və ya su ilə başlamaq
məsləhətdir. Bundan sonra şorbaya keçin. Yeməkdən sonra
doymamısınızsa bir stəkan su için.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi