Ayaqları uzun və zərif göstərən çəkici stillər - Fotolar
Bizi izləyin

Tabloid.az

Ayaqları uzun və zərif göstərən çəkici stillər - Fotolar

Hansı qadın istəməz ki, uzun və cazibəli ayaqları olsun... Təəssüf ki, bütün qadınların bəxti gətirməyib və hamısı uzun ayaqlara sahib deyil. Amma bir neçə gözəllik hiyləsi ilə bu kiçik qüsuru ört-basdır edərək ayaqları uzun göstərmək olar.

Hansı qadın istəməz ki, uzun və cazibəli ayaqları olsun... Təəssüf ki, bütün qadınların bəxti gətirməyib və hamı uzun ayaqlara sahib deyil. Amma bir neçə gözəllik hiyləsi ilə bu kiçik qüsuru ört-basdır edərək ayaqları uzun göstərmək olar. Dizaynerlərin bitib-tükənməyən fantaziyaları bütün bədən tiplərini nəzərə alıb. Tabloid.az ayaqları uzun göstərən dəb və gözəllik hiylələrini araşdırıb.

Qısa don alın: Ayaqları incə və zərif göstərmək istəyirsinizsə, qısa donları ən yaxın rəfiqəniz etməlisiniz. Qısa donlar midi donlarla müqayisədə ayaqları daha iki qat uzun göstərir.

elbise451

Dikdaban ayaqqabılar: Dikdaban ayaqqabılar qadın seksuallığının əsas rəmizdir. Çünki ayaqları uzun və düz göstərir.

topuk451

Qələm ətək: Qələm ətək alın. Qələm ətəklər bədənə yapışdığı üçün beli daha incə göstərir. Bluz, ya da köynəyi ətəyin içinə salaraq geyinin. Bu zaman ombanız bir az yuxarıda göründüyü üçün ayaqları vizual olaraq uzadır.

kalemetek451

Monokrom: Monokrom (bir rəng) tərzində geyinin. Başdan ayağa eyni rəngə bürünməklə ayaqların daha uzun görünməsinə nail ola bilərsınız. Monokrom tərzi təkcə ayaqları vizual olaraq uzun göstərmir, eyni zamanda, daha arıq göstərməyə kömək edir.
monokrom451

Qısa şort: Qısa şortlar geyinin. Yayın əvəzolunmaz geyimlərindən biri də şortdur. Yay aylarında ayaqlarınızın gözəl və uzun görünməsini istəyirsinizsə, qısa şortlara yönəlin.
sort451

Xətli şalvarlar: Uzun və xətli şalvarlar geyinin. Xətli şalvarlar da ayaqları uzun göstərmək özəlliyinə malikdir. İki rəng olduğu üçün göz yanılmasına səbəb olur və təsiri iki qat artır.

cizgi451

Uzun çəkmələr: Uzun çəkmələr də ayaqları uzun və arıq göstərə bilir. Dizə qədər uzanan çəkmələr qadınları daha uzun və qüsursuz göstərir.

cizme451

Ət rəngi ayaqqabılar geyinin. Bu mənada xanımları şanslı hesab etmək olar. Çünki ət rəngləri bu mövsüm çox dəbdədir. Bu rəngli ayaqqabı tapmaq çətin deyil. Lakin ayaqqabı dərinin rəngi ilə eyni tonlarda olmalıdır. Bu model ayaqqabılar hündürdaban olmasa da, olar. Ət rəngi ayaqqabıların bir üstünlüyü daha var. Belə ki, onlar istənilən geyimlə uyğunlaşır.

nude451

Ayaqlarınızı bronzlaşdırın. Qarderobunuzda qısa ətəklər və şortlar çoxluq təşkil edirsə, ayaqlarınızı uzun göstərmək üçün bronzer (bronzerin əsas məqsədi günəşə çıxmadığınız halda dərini qaralmış kimi göstərməkdir) istifadə edə bilərsiniz. Bronzer ilə parlayan və qaralan hamar ayaqlar daha uzun görünür. Əgər bronzlaşdırıcı istifadə etmirsinizsə, ayaqlarınıza çəkdiyiniz nəmləndirici kremin içinə bronz rəngli göz kölgəsi də əlavə edə bilərsiniz.

Şalvar və ayaqqabıları eyni rəngdə geyinin. Onların eyni tonlarda olması vacibdir. Bu zaman ayaqlar daha zərif görünür. Ətək geyindiyiniz zaman corab və ayaqqabılar eyni tonlarda olarsa, ayaqlar uzun və arıq görünər. Bu stil bəsit olsa da, çox eleqantdır.

Balaqları enli olan şalvarlar geyinin. Qarderobunuza balaqları enli olan şalvarlar əlavə etməyi, unutmayın. Bu şalvarları hündürdaban ayaqqabılarla (tanketka) tamamlayın. Balaqların ayaqqabının dabanı ilə bərabər olmasına fikir verin.

yuksekbel451

Tünd rənglərdən qorxmayın. Açıq rənglər ayaqları olduğundan daha qalın, dolayısı ilə qısa göstərir. Buna görə də, tünd rəngli şalvar və lasinləri qarderobdan əskik etməyin. Qısa ətək və şort geyindiyiniz zaman tünd rəngli corablar ən böyük xilaskarınız olacaq.

siyah451

Hündürbel geyimlər alın. İstər ətək, istərsə də şalvar və ya şort alarkən belinin yüksək olmasına diqqət edin. Belə ki, yüksək belli parçalar da ayaqları olduğundan uzun göstərir.

Həndəsi kəsimlər də ayaqları uzun və arıq göstərə bilir. Üstəlik, hündürdaban ayaqqabı geyindiyiniz zaman təsiri güclənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm