İnteryerdə yeni dəb - FOTOLAR
Bizi izləyin

Tabloid.az

İnteryerdə yeni dəb - FOTOLAR

İnteryerdə yeni dəb - FOTOLAR

Xallı yastıqlar, divan örtükləri, qab-qacaqlar, pərdələr artıq ev dekorasiyasında da öz sözünü deyir.

Bizə keçmiş illərin şıqlığını xatırladan və illərdir ki, dəbdən düşməyən xallı parçalar interyer dəbinə də daxil ola bilib. Xal printləri bu mövsüm geyimlər qədər evləri də bəzəməyə iddialıdır.

Vintaj tərzinin əvəzolunmazlarından olan xallı və damalı naxışlar bu mövsümün trendləri arasında yer alıb. Ağ üzərinə qırmızı xallı klassik parçaların xaricində, başqa rəngli xallı naxışlar da artıq ev dekorasiyasında tez-tez qarşımıza çıxır. Aksessuarların üzərinə köçürülən bu naxışları ev interyerində rahat şəkildə istifadə edə bilərsiniz.

Yastıq qəliblərini, divan və kreslo örtüklərini xallı parçalarla əvəz edə bilərsiniz.

Masa üzərindəki adi süfrəni də xallı süfrə ilə əvəzləyə bilərsiniz.

Gül saxsılarının üzərində bu naxışdan istifadə edə bilərsiniz.

Lampaların başlığını xallı naxışlı olanı ilə dəyişə bilərsiniz.

Çay dəsgahını və başqa qab-qacaqları da xallı variantları ilə yeniləyə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm