İlkin Həsənidən Kənan M.M-ə dəstək - Foto
Bizi izləyin

Tabloid.az

İlkin Həsənidən Kənan M.M-ə dəstək - Foto

İlkin Həsənidən Kənan M.M-ə dəstək - Foto

Tanınmış teleparıcı rejissor Kənan M.M-lə Vüqar Muradovun davasına münasibət bildirib.

Tabloid.az xəbər verir ki, İlkin özünün “Facebook” profilində Kənanla birgə çəkdirdiyi şəklini paylaşaraq “Salamlayırıq” şərhini yazıb.

Bununla da o, Kənan M.M-ə dəstək olduğunu bildirib.

Qeyd edək ki, neçə gündür ki, Kənan M.M-lə Vüqar Muradov arasında qalmaqal yaşanır. Hətta iş o yerə çatıb ki, tanınmışlar yumruq davasına çıxıblar. İş o yerə çatıb ki, Kənan Binəqədi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.

Davaya səbəb ATV telekanalında “Ulduzların döyüşü” realiti-şousu olub. Belə ki, Kənan M.M və müğənni Vüqar Muradov verilişdə üz-üzə gəliblər. Döyüşdə bütün gücünü göstərən Kənan Vüqara məğlub olmuşdu. O, məğlubiyyətini döyüş ərəfəsində qolunun 2 dəfə çiynindən çıxması ilə əlaqələndirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm