Zarina şəhid ailələrindən üzr istədi
Bizi izləyin

Tabloid.az

Zarina şəhid ailələrindən üzr istədi

Gənc müğənni Zarina Məmmədova avqustun 1-də efirə çıxdığı üçün şəhid ailələrindən üzr istəyib.

Gənc müğənni Zarina Məmmədova avqustun 1-də efirə çıxdığı üçün şəhid ailələrindən üzr istəyib.

Tabloid.az xəbər verir ki, ifaçı əsgərlərimizin şəhid olmasından xəbərsiz olduğunu bildirib:

“Efirə dəvət edildiyim üçün səhər tələsik evdən çıxmışam, xəbər oxumağa vaxtım olmayıb. Nə verilişdən əvvəl, nə veriliş ərzində əsgərlərimizin şəhid olması haqda heç bir məlumatım olmayıb. Verilişdən çıxıb evə gələndən sonra bu haqda xəbər tutmuşam. Mən azərbaycanlıyam! Heç bir azərbaycanlı bu xəbəri bilib verilişdə ritmik mahnı oxumaz, oynamaz, gülməz, danışmaz. Bilmədən efirə çıxmışam, mənim heç bir günahım yoxdur. Bütün ailəsində itki baş verən şəhid ailələrindən üzr istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbir versin. Vətən sağ olsun, Allah qalan bütün əsgərlərimizi qorusun. Bu olanlara mən də çox üzülürəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm